"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Milli Şuranın Hacıbala Abutalıbova güzəştə getməsinin səbəbi nədir…

06 Aprel 2017 - 08:51
in XƏBƏR LENTİ
FacebookVatsap

Mitinq komitəsinin üzvü “qanunsuz” təklif adlandırdıqları təklifə razılaşmalarının səbəbini açıqladı
Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin qurumun aprelin 9-da mitinq keçirilməsi ilə bağlı xəbərdarlıq məktubuna müsbət cavab verib. Qurumun rəhbərliyi və mitinqə hazırlıq üzrə təşkilat komitəsi BŞİH-in mitinqin aprelin 9-da deyil, 8-də keçirilməsi təklifini müzakirəyə çıxarıb və qəbul edib. Beləliklə, mitinq aprelin 8-da saat 15-də Bakıda “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək. Mitinqin “Korrupsiyaya, rüşvətxorluğa, siyasi məhbusların həbsdə saxlanmasına son” və digər şüarlarla keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, aprelin 4-də mitinqin təşkilatçıları Oqtay Gülalıyevi, Tofiq Yaqublunu və İlham Hüseyni Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qəbul edib. Görüşdə Hacıbala Abutalıbov mitinqin aprelin 9-da deyil, 8-də keçirilməsinin məqsədəuyğun olduğunu təklif etmişdi. Təşkilatçılar təklifi müzakirə etdikdən sonra qəbul ediblər.
Maraqlıdır, heç zaman heç kimə güzəştə getməyən Milli Şura nədən Hacıbala Abutalıbovun qarşısında yumşalıb və onun təklifini qəbul edib?
Oqtay Gülalıyev bildirib ki, Abutalıbov mitinqin şənbə günü keçirilməsini təklif edərkən bunun insanların istirahət hüququnun təmin olunmasına hörmət əlaməti olaraq nəzərə alınmasını dedi: “Mitinq təşkilatçıları olaraq biz Hacıbala Abutalıbova onun təklifinin qanunsuz olduğunu bildirdik. Qeyd etdik ki, mitinqin təşkilatçıları təklifi qanunsuz hesab edir.
Hacıbala Abutalıbovun diqqətində çatdırdıq ki, mitinqin vaxtını, yerini və şüarlarını təşkilatçılar müəyyən edir. Bizim tərəfdarlarımız mitinqin bazar günü keçirilməsini istirahət hüquqlarının pozulması kimi qəbul etmir.
Bir daha bəyan edirik ki, Milli Şuranın mitinqinin aprel ayının 9-dan 8-nə keçirilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin qərarı qanunsuzdur. Azərbaycan Respublikasının qüvvədə olan Konstitusiyasına və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə ziddir. Biz bunu mitinqin təşkilat komitəsinin üzvləri olaraq şəhər meri Hacıbala Abutalıbovla görüşdə də bildirdik. Kütləvi aksiyanın yerini, zamanını, tələblərini, şüarlarını və s. qanunvericiliyə uyğun olaraq icra hakimiyyəti deyil, aksiyanın təşkilatçıları və iştirakçıları müəyyənləşdirir”.
BŞİH-in mitinqin vaxtını dəyişdirməsinin qanunsuz olduğunu bildirib qanunsuz təkliflə razılaşmağın nə cür əsaslandırılmasına gəlincə, Oqtay Gülalıyev sosial şəbəkədə yazıb ki, Milli Şura razılaşdırılmış mitinq keçirməyin önəmini, xalqımızın haqlı narazılığını, etiraz etmək istəyini nəzərə alaraq 8 apreldə mitinq keçirmək qərarını qəbul edib.
O, insanlara mitinqə qatılmaq çağırışını da edib.
Xatırladaq ki, mitinqin təşkilatçıları Milli Şuranın üzvləri-hüquqşünas Namizəd Səfərov, Tofiq Yaqublu, Oqtay Gülalıyev, İlham Hüseynlidir.

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Previous Post

Milli Şuranın Hacıbala Abutalıbova güzəştə getməsinin səbəbi nədir…

Next Post

Banklardan pul çıxarmağın çətinləşməsinin pərdəarxası

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Banklardan pul çıxarmağın çətinləşməsinin pərdəarxası

Banklardan pul çıxarmağın çətinləşməsinin pərdəarxası

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.