"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Banklardan pul çıxarmağın çətinləşməsinin pərdəarxası

06 Aprel 2017 - 08:52
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

Əkrəm Həsənov: “Dövriyyədə pulun azalması ödəniş sistemini iflic edib”
Son vaxtlar banklardan nağd pul çıxarışlarında problem yaşanır. Bunun səbəbi bəzi banklarda likvitliyin aşağı olmasıdır. Səbəbin nə olmasından asılı olmayaraq, yaşanan durum iş adamlarına problem yaradır. Digər tərəfdən, nağdlaşdırma zamanı 1 faizlik verginin tutulması da əhalini narazı salıb.
Təkcə şəxsi hesablardakı vəsaitin deyil, maaş və təqaüdlərin də hesabdan çıxarılmasında problem var.
Bu məsələdə bankların işinə yarayan digər bir yenilik isə ölkədə nağd şəkildə maaş verilməsinə məhdudiyyət qoyulmasıdır. Məlumat var ki, aprelin 1-dən etibarən ödəmələr tamamilə nağdsız yolla həyata keçiriləcək. Bu qanunlar Cinayət Məcəlləsinə əlavə edilən yeni dəyişikliklərdə nəzərdə tutulub.
Qanuna əsasən, Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirmək məqsədilə “Nağdsız hesablaşmalar haqqında” 23 dekabr 2016-cı ildə qanun qəbul edildi. Qanunun nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı müddəası ƏDV ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minir. Qanuna əsasən nağdsız hesablaşma dedikdə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə, eləcə də ödəniş vasitələri, ödəniş terminalları və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.
“Yeni Müsavat”a açıqlamasında bütün bunları izah edən iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, ümumilikdə ötən 2 ildə ölkənin pul bazası 4 dəfə azalıb: “Mərkəzi Bank manat kütləsini sıxır ki, devalvasiya və inflyasiyanın qarşısını alsın. Dövriyyədə pulun azalması ödəniş sistemini iflic edib. Bankların da əmanət həcmi azalır, problemli kreditləri isə artır. Belə şəraitdə, təbii, heç kəs əlində olan pulu vermək istəmir. Xüsusən də banklar. Ötən ilin sonunda ”Nağdız hesablaşmalar haqqında” Qanunun qəbulu və nağdlaşdırmaya görə sahibkarlardan və hüquqi şəxslərdən 1 faizlik əcaib verginin tutulması da banklara kömək məqsədini daşıyır. Amma reallıqda banklar bu qanunlardan sui-istifadə edir. Bəli, qanuna görə, hazırda hüquqi şəxslər başqasına ayda maksimum 15000 (bəzi hüquqi şəxslər 30000) manat nağd ödəniş edə bilər. Amma bu heç də o demək deyil ki, hesabından bundan artıq pul çıxara bilməz. Düzdür, bu halda onsuz da 1% vergi ödəyəcək. Amma bu şəxsin öz puludur, çıxarıb çıxarmayacağına özü qərar verir. Əsas odur ki, çıxardığı pulu başqasına ödəyəndə limiti pozmasın”.
İqtisadçının sözlərinə görə, banklar yalandan müştərilərə deyir ki, guya ayda limitdən çox pul çıxarmaq olmaz: “Sadəcə, əllərində pul qalsın deyə yalan deyirlər. Palata da onlara susmaqla dəstək verir, çünki Palata da banklardan maliyyələşir, büdcədən pul almır. Bir sözlə, özbaşınalıq baş alıb gedir. Təbii, nəticədə ona nail olacaqlar ki, hamı pulunun bank sisteminə daxil olmasına mane olacaq. Bu minvalla ölkəmiz natural təsərrüfata, barter dövriyyəsinə kimi geriləyə bilər”.
Ə.Həsənov hesab edir ki, təqaüd və maaşların bankomatlardan çıxarılması problemi də bunun davamıdır: “Sadəcə, pul çatmır. Təbii, bu, qanun pozuntusudur, banklar müştərilərini pulla təmin etməlidir. Amma Mərkəzi Bank pul vermirsə, müştərilər də pulu geri çəkirsə, banklar nə etsin? Əmək haqlarının da nağdsız ödənilməsi tələbi banklara kömək məqsədini daşıyır və ”Nağdsız hesablaşmalar haqqında” Qanunun tələbidir. Amma əmək haqlarının nağdsız verilməsi hamıya aid deyil. Belə ki, illik dövriyyəsi 200000 manatı ötməyən pərakəndə ticarət, iaşə və xidmət subyektləri əvvəlki kimi nağd da ödəyə bilər əmək haqqını. Amma nəzərə alsaq ki, ölkədə əmək haqlarının xeyli hissəsi qeyri-rəsmi verilir (vergidən yayınmaq üçün) problem onsuz da tam həll olunmur. Bankomatlardan pulun çıxarılması problemi də yarandığı üçün çoxu yayınmağa davam da edəcək”.
Ekspertin fikrincə, bu sərt inzibati addımlar əks nəticələr verə bilər: “Nağdsız hesablaşmaları stimullaşdırma yolu ilə aparmaq lazım idi. Məsələn, nağdsız ödənişlər üzrə vergi güzəştləri və s. Cari vəziyyət isə ödəniş sisteminin ardınca iqtisadiyyatın da bütövlükdə iflicinə gətirə bilər”.

Bunu da oxuyun

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Previous Post

Banklardan pul çıxarmağın çətinləşməsinin pərdəarxası

Next Post

Nokia 9 necə olacaq? – VİDEO

Bənzər yazılar

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

31 Oktyabr 2026 - 10:32

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib. Elchi.az açıqlamanı təqdim edir: -...

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Tramp: İranla müharibə çox tezliklə bitəcək

30 Oktyabr 2026 - 16:28

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin, onun hansı yolla yekunlaşmasından asılı olmayaraq, yaxın vaxtlarda başa çatacağı barədə fikrini bildirib. Elchi.az...

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

30 Oktyabr 2026 - 12:12

ABŞ-ın vitse-prezidenti Cey Di Vens məxfi dövlət məlumatlarına çıxış imkanından istifadə edərək UNO və fövqəltəbii hadisələr haqqında materialları öyrənmək niyyətindədir....

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb....

Next Post

Nokia 9 necə olacaq? - VİDEO

Dolların bu günə olan məzənnəsi açıqlandı - Rəsmi

Son xəbərlər

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

31 Oktyabr 2026 - 15:55
“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.