"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Milli-Mənəvi Dəyərlər və Mədəni İrsin Təbliği” layihəsi uğurla icra olunub

08 İyun 2026 - 12:12
in CƏMİYYƏT, XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə icra olunan “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin “Milli-Mənəvi Dəyərlər və Mədəni İrsin Təbliği” layihəsi uğurla icra olunub.
Layihə çərçivəsində A və B qrupları üzrə ümumilikdə 40 nəfər iştirakçının cəlb olunduğu iki hissədən ibarət təlimlər təşkil edilib. ‘Milli-mənəvi dəyərlərin qorunması və ötürülməsi’ mövzusuna həsr olunmuş ilk təlim birliyin təsisçisi, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin (ETM) aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yeganə Mirzəyeva tərəfindən həyata keçirilib. İkinci təlimdə isə birliyin Strateji Təhlil və Planlaşdırma Şöbəsinin rəhbəri, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin müəllimi Elbəy Əliyev tərəfindən “Mədəni irsin fərdin və cəmiyyətin dərkində rolu” mövzusunda maarifləndirici görüş keçirilib. Nəzəri təlimlərin davamı olaraq, iştirakçıların qazanılan bilikləri əyani şəkildə mənimsəməsi üçün Şəki şəhərinə və İsmayıllı rayonuna regional ekskursiyalar təşkil edilib. Şəki səfəri zamanı iştirakçılar ilk olaraq “Süsən” kəlağayı evi və Kəlağayı Muzeyi ilə tanış olublar.
Burada kəlağayı irsinin tarixi, Azərbaycan mədəniyyətindəki rolu və naxışların simvolik mənaları barədə ətraflı məlumat alan layihə üzvləri, yerli ustaların rəhbərliyi ilə ənənəvi texnikadan istifadə edərək kəlağayı bəzəmə, həmçinin naxışların tətbiqi və rənglərin hazırlanması prosesində yaxından iştirak ediblər. Eyni zamanda onlara Şəki ipəkçilik ənənələri, kəlağayı istehsalı, eləcə də ipək və boyaq materiallarının hazırlanma texnologiyası nümayiş etdirilib. Bölgə sənətkarlığının digər sahələrini də əhatə edən səfər çərçivəsində Şəki şəhərinin mədəniyyətinə aid olan dulusçuluq sənətinin yaranma tarixi haqqında yerli ustalar tərəfindən məlumat verilib və master-klass keçirilib. Ardınca Şəki şəhərinin tarixi yerlərinə– “Xan sarayı”, “Karvansaray”, həmçinin digər abidə və muzeylərə ekskursiya edilib. Bu gəzinti zamanı təlimçi Elbəy Əliyev iştirakçıları şəbəkə sənəti haqqında məlumatlandıraraq, şəbəkənin memarlıqda rolu, Şəki evlərinin estetik üslubundakı yeri və şəbəkə ornamentlərinin simvolik mənaları haqqında maarifləndirib. O, həmçinin iştirakçılara mədəni irsin əhəmiyyəti və milli kimliyin inşasında rolu ilə bağlı təlim keçib. Regional proqramın növbəti mərhələsində Bakıdan olan layihə iştirakçıları ilə birlikdə İsmayıllı rayonunun zəngin mədəni və tarixi irsə malik iki qədim qəsəbəsinə – Lahıc və Basqala səfər təşkil olunub. Lahıc qəsəbəsində iştirakçılar “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısında yer alan misgərlik sənəti ilə yaxından tanış olub, sənətkar emalatxanalarına baxış keçiriblər və qədim məhəllələrin mədəni atmosferini müşahidə ediblər. Bu prosesdə qoruğun direktoru Maqsud bəyin verdiyi nəzəri məlumatlandırma da iştirakçılar üçün özünəxas maarifləndirici rol oynayıb. Daha sonra qəsəbədə təlimçimiz Yeganə Mirzəyeva tərəfindən “Təndir çörəyinin hazırlanması prosesinin insanın kamillik yolu ilə əlaqələndirilməsi” mövzusunda interaktiv və maraqlı bir təlim keçirilib. Günün ikinci yarısında iştirakçılar Basqal qəsəbəsində qədim ipəkçilik ənənələri və kəlağayı istehsalı prosesi ilə yaxından tanış olublar. Səfər zamanı “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Ceyhun İsmayılovun Azərbaycan çayı, eləcə də çay mədəniyyəti haqqında etdiyi xüsusi məlumatlandırma iştirakçılarda böyük maraq oyadıb. Ardınca isə Yeganə Mirzəyeva tərəfindən iştirakçılar üçün proqramın növbəti təlimi reallaşdırılıb. Bölgələrlə yanaşı, layihə proqramı çərçivəsində iştirakçıların dünyagörüşünün artırılması məqsədilə paytaxt və ətraf ərazilərdə yerləşən Qobustan Milli Tarix-Bədii Qoruğuna, Palçıq Vulkanları Turizm Kompleksinə, həmçinin Bakının qədim tarixini yaşadan Mərdəkan kəndinə də ekskursiyalar təşkil edilib. Layihə çərçivəsində təlimçimiz Yeganə xanım tərəfindən milli məişət mədəniyyətimizin əsas qollarından olan aş və çay dəmlənməsinin fəlsəfi mahiyyətini əks etdirən xüsusi mövzularda təlimlər reallaşdırılıb. Xüsusilə qeyd etmək istəyirik ki, layihə çərçivəsində Bakı şəhərinin Elxan Misirxanov adına 71 nömrəli, A. Hüseynzadə adına 20 nömrəli və Firuz Bayramov adına 22 nömrəli tam orta məktəblərində şagirdlər üçün “Milli-mənəvi dəyərlər və mədəni irsin qorunması” mövzusunda geniş maarifləndirici seminarlar da keçirilib. Birliyimiz adından gənclərin maariflənməsinə yönələn bütün bu fəaliyyətlərin keçirilməsinə lazımi şərait yaratdıqları və göstərdikləri dəstək üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Elm və Təhsil Nazirliyinə və sözügedən məktəblərin rəhbərliklərinə, Dövlət Turzim Agentliyi İsmayıllı Regional Turizm İdarəsinin rəisi Günay Rzayevaya və xoş qarşılama üçün qoruq direktorlarına öz dərin təşəkkürümüzü bildiririk.
Previous Post

FHN Akademiyasında “Turizmdə təhlükəsizlik” mövzusunda təlim keçirilib – FOTO

Next Post

Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş təntənəli tədbir keçirildi

Bənzər yazılar

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

04 Noyabr 2026 - 22:18

Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində noyabrın 5-i saat 08:00-dan etibarən təmir işlərinə başlanılacaq. Elchi.az bu barədə Azərbaycan Avtomobil Yolları...

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

04 Noyabr 2026 - 22:17

Avropa Komissiyası Avropa İttifaqının genişlənməsi ilə bağlı illik sənədlər paketini təqdim edib, namizəd ölkələrin son bir ildəki irəliləyişini qiymətləndirib və...

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

04 Noyabr 2026 - 22:15

Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. Elchi.az xəbər verir...

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

04 Noyabr 2026 - 20:33

Respublikaçılar seçkilərdə Vaşinqton administrasiyası tərəfindən İrana qarşı başladılan hərbi əməliyyat səbəbindən məğlub olublar. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin...

Next Post
Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş təntənəli tədbir keçirildi

Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş təntənəli tədbir keçirildi

Tibb Universitetinin rektoru: Bu gün sosial autizmlik formalaşır

Tibb Universitetinin rektoru: Bu gün sosial autizmlik formalaşır

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

04 Noyabr 2026 - 22:18
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

04 Noyabr 2026 - 22:17
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

04 Noyabr 2026 - 22:15
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

04 Noyabr 2026 - 20:33
Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

04 Noyabr 2026 - 20:31
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

04 Noyabr 2026 - 20:30
Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

04 Noyabr 2026 - 19:22
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

04 Noyabr 2026 - 19:04
Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

04 Noyabr 2026 - 18:44
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04 Noyabr 2026 - 18:31
Bakıda sıxlıq olan yollar açıqlanıb

Bakıda sıxlıq olan yollar açıqlanıb

04 Noyabr 2026 - 18:23
Tbilisidə müxalif “Formula” telekanalının ofisində yanğın baş verib

Tbilisidə müxalif “Formula” telekanalının ofisində yanğın baş verib

04 Noyabr 2026 - 18:19
Agentlik soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib

Agentlik soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib

04 Noyabr 2026 - 17:59
BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

04 Noyabr 2026 - 17:46
Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

04 Noyabr 2026 - 17:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.