Sabah Milli Məclisin növbədənkənar iclası keçiriləcək.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu açıqlamasında bildirib ki, növbədənkənar iclasın gündəliyinə 5 məsələ daxil edilib.
Mətbuat katibi qeyd edib ki, iclasda “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Həmçinin “Əmanətlərin sığortalanması haqqında” qanuna, “Valyuta tənzimi haqqında” qanuna Vergilər Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulub. Eyni zamanda “Satınalmalar haqqında” və “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər layihəsidir.