Bir çox ölkədə Tiktok sosial şəbəkəsi haqqında müsbət fikirlər səsləndirmək mümkündür. Amma təəssüflər olsun ki, Tiktokun Azərbaycan seqmenti ilə bağlı belə fikirlər səsləndirmək mümkün deyil.
Elchi.az xəbər verir ki, bunu parlamentin iclasında Elşad Mirbəşir səsləndirib.
Deputat təklif edib ki, qanunvericilik formasında azyaşlıların Tiktoka çıxışı qadağan edilsin, praktiki addımlar atılsın:
“Son dövlər Tiktokda kontinent formalaşmaqdadır və bu, bizim milli-mədəni ənənələrimizə ziddiyyət təşkil edir. Bu məsələyə xüsusi diqqət yertirilməlidir. Hazırda Tiktok istifadəçiləri arasında 16-24 yaş arası şəxslər çoxluq təşkil edir. Azərbaycana gəldikdə isə daha çox azyaşlılar istifadə edir. Bu məsələ mütləq şəkildə nəzarətə götürülməlidir”.
Deputat qeyd edib ki, bir sıra ölkələr hətta Tiktokun fəaliyyətini məhdudlaşdırıb.
Prezident və birinci xanım Liderlər Sammitində iştirak edirlər
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilir. Elchi.az xəbər verir...




















Son şərhlər