"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Milli Məclisdə aqrar sahə ilə bağlı dinləmə keçirilib

16 Fevral 2022 - 18:52
in SİYASƏT
FacebookVatsap

Fevralın 16-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Aqrar siyasət komitələrinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə birgə dinləmə keçirilib.

Bunu da oxuyun

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elchi.az-a verilən xəbərə görə, Milli Məclisin komitə sədri Tahir Mirkişili bildirib ki, dinləmədə Azərbaycanda aqrar sahə üzrə görülən işlər, qarşıda duran çağırışlar və inkişaf hədəflərinə dair təqdimatlar keçiriləcək və müzakirələr aparılacaq.

Kənd təsərrüfatı sahəsinin Azərbaycan iqtisadiyyatında, ixracatında tutduğu mövqeyindən söz açan Tahir Mirkişili iqtisadi məşğul əhalinin əhəmiyyətli hissəsinin bu sektorda çalışdığını, qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının ilk beşlikdə yer aldığını vurğulayıb. Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatların öz bəhrələrini verməkdə olduğuna toxunan komitə sədri 2022-ci ilin dövlət büdcəsində bu istiqamətdə, o cümlədən aqrar sığortaya ayrılan vəsaitləri qeyd edib. Komitə sədri bildirib ki, bununla belə qarşıda duran çağırışlar – dünyada ərzaq məhsulları üzrə müşahidə olunan çatışmazlıq, bu cəhətdən qiymətlərin artması, iqlim dəyişikliyi ilə bağlı ortaya çıxan çətinliklər bu sahəyə yeni yanaşmaların tətbiqini və diqqətin artırılmasını zəruri edir. Tahir Mirkişili təşkil olunan dinləmənin də bu istiqamətdə görülən işlərin və perspektivin dəyərləndirilməsi baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də dinləmənin aqrar sahənin inkişaf etdirilməsi yollarının müəyyənləşdirilməsi baxımından faydalı olacağına inamını ifadə edib. Kənd təsərrüfatı sahəsində dövlətin diqqət və qayğısını, sahibkarların və fermerlərin fədakarlığını qeyd edən Tahir Rzayev bu sahənin çətinliklərindən, xüsusən də onun təbii amillərdən asılı olmasından danışıb. Aqrar sahənin inkişafına ayrılan dövlət vəsaitlərindən söz açan komitə sədri kənd təsərrüfatının mövcud vəziyyəti, əldə olunan nailiyyətlərdən bəhs edib. Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasının yerli istehsalın üzərində qurulduğu qeyd edən Tahir Rzayev aqrar sahənin inkişafı və aktual məsələləri ilə bağlı fikirlərini bildirib.

Sonra Kənd təsərrüfatı naziri İnam Kərimov çıxış edib. Nazir Prezident İlham Əliyevin respublikanın prioritet inkişaf sahələrindən biri elan etdiyi aqrar sektorda əldə olunan uğurlu göstəriciləri diqqətə çatdırıb. Son beş ildə aqrar sahədə məhsul artımının təxminən 25 faiz təşkil etdiyini deyən nazir kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikasının 2021-ci ildə də davam etdiyini, ümumi istehsal həcmində 3,4 faizlik artım qeydə alındığını açıqlayıb. Keçən il taxılçılıq, pambıqçılıq və digər önəmli sahələrdə məhsuldarlığa diqqət çəkən nazir ölkəmizin kənd təsərrüfatı məhsullarının ixracı, bir çox məhsullar üzrə özünütəminetmədə müsbət dinamikanı göstərən rəqəmləri səsləndirib. O, ərzaq təhlükəsizliyinin təmini sahəsində Kənd təsərrüfatı Nazirliyinin üzərinə düşən vəzifələrdən, bu istiqamətdə görülən işlərdən danışıb. Aqrar sahədə tətbiq olunan yeniliklərdən, institusional islahatlardan bəhs edən nazir Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması, texnika və damazlıq heyvan satışı bazarının artıq tam liberallaşması, bazar iqtisadiyyatı tələblərinə uyğun aqrar sığorta sisteminin tətbiqi barədə məlumat verib.

Aqrar sahədə müasir dövrün çağırışlarına uyğun dayanıqlı inkişaf mexanizmləri formalaşdırmağın, iqlim dəyişikliklərinə adaptasiya strategiyasını tətbiq etməyin əsas vəzifələrdən olduğunu qeyd edən nazir mövcud olan məhdud torpaq və su resurslarından səmərəli istifadənin aktuallığını xüsusi vurğulayıb.

Sonra dinləmədə təqdimatlar həyata keçirilib.

Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyevin aqrar sahədə islahatlar və həyata keçirilmiş tədbirlər barədə təqdimatında kənd təsərrüfatı sektorunda subsidiyaların verilməsinin yeni mütərəqqi mexanizmləri, bu sahədə şəffaflığın daha da artırılması, kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi, yaradılan yeni qurumların effektivliyi barədə deputatlara məlumat verilib.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin təqdimatlarında isə respublikanın “Ərzaq təhlükəsizliyi və ixrac üzrə aqrar sahənin inkişaf hədəfləri” və “Azərbaycanın buğda ilə özünütəminetməsi: mövcud vəziyyət, problemlər, perspektivə baxış” mövzuları təhlil edilib.

Dinləmədə müzakirə olunan mövzularla bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, deputatlar Eldar İbrahimov, Cavanşir Paşazadə, Elnur Allahverdiyev, Azər Badamov, Mahir Abbaszadə, Emin Hacıyev, Rüfət Quliyev, Müşfiq Cəfərov, Vüqar Bayramov, İqbal Məmmədov, Aydın Hüseynov, Məzahir Əfəndiyev çıxış ediblər. Deputatlar kənd təsərrüfatının aktual məsələləri ilə bağlı suallarını səsləndiriblər, bölgələrdə məşğulluq səviyyəsinin yüksəldilməsinin təmini, ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə dair fikirlərini açıqlayıblar.

Diskussiya şəraitində keçən dinləmədə qaldırılan məsələlərə aydınlıq gətirilib, suallar cavablandırılıb.

Tədbirə yekun vuran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dinləmələrdə fəal iştirak etdiklərinə görə qonaqlara və deputatlara təşəkkür edib və aparılan fikir mübadiləsinin aqrar sahənin inkişafı baxımından faydalı olacağına inamını bildirib.

Dinləmədə Aqrar siyasət komitəsi sədrinin müavini Sabir Hacıyev, deputatlar Novruzəli Aslanov, Məşhur Məmmədov, Anar Məmmədov, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclis,  aqrar sahə ilə bağlı dinləmə
Milli Məclis,  aqrar sahə ilə bağlı dinləmə
Milli Məclis,  aqrar sahə ilə bağlı dinləmə
Previous Post

Milli Məclisdə aqrar sahə ilə bağlı dinləmə keçirilib

Next Post

Deputatlar BƏƏ-yə səfər edəcək

Bənzər yazılar

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

17 Sentyabr 2026 - 18:13

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Casurbek Çoriyevi qəbul edib. Elchi.az...

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

17 Sentyabr 2026 - 17:28

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Casurbek Çoriyevi qəbul edib. Elchi.az...

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

17 Sentyabr 2026 - 17:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri...

Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

17 Sentyabr 2026 - 16:29

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. Elchi.az...

Next Post
Dövlət rüsumlarının məbləği dəyişdirilir

Deputatlar BƏƏ-yə səfər edəcək

Dövlət rüsumlarının məbləği dəyişdirilir

Deputatlar BƏƏ-yə səfər edəcək

Son xəbərlər

Almaniyanın şərqində terror aktı planlaşdıran İraq vətəndaşı saxlanılıb

Almaniyanın şərqində terror aktı planlaşdıran İraq vətəndaşı saxlanılıb

17 Sentyabr 2026 - 18:21
Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

17 Sentyabr 2026 - 18:13
“Kəpəz” 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı

“Kəpəz” 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı

17 Sentyabr 2026 - 17:59
Tailandda ölümcül gənə virusu həyəcanı

Tailandda ölümcül gənə virusu həyəcanı

17 Sentyabr 2026 - 17:47
Qazaxda bədii gimnastika üzrə “Grace of Nature” turniri keçiriləcək

Qazaxda bədii gimnastika üzrə “Grace of Nature” turniri keçiriləcək

17 Sentyabr 2026 - 17:36
Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

17 Sentyabr 2026 - 17:28
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

17 Sentyabr 2026 - 17:22
Azərbaycan Basketbol Liqasında yeni mövsümün ilk oyununun tarixi açıqlandı

Azərbaycan Basketbol Liqasında yeni mövsümün ilk oyununun tarixi açıqlandı

17 Sentyabr 2026 - 17:15
Ərdoğanın Nyu-York səfəri: Trampla təkbətək görüş planlaşdırılır

Ərdoğanın Nyu-York səfəri: Trampla təkbətək görüş planlaşdırılır

17 Sentyabr 2026 - 17:08
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb

Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb

17 Sentyabr 2026 - 16:58
İsveçin baş naziri istefa verib

İsveçin baş naziri istefa verib

17 Sentyabr 2026 - 16:44
Lerikdə zəlzələ olub

Lerikdə zəlzələ olub

17 Sentyabr 2026 - 16:37
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

17 Sentyabr 2026 - 16:29
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

17 Sentyabr 2026 - 16:25
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir

Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir

17 Sentyabr 2026 - 16:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.