“Şəxsən mən bir neçə dəfə sosial şəbəkələrdə Mikayılın verilişinə “səviyyəsiz”, “palatka toyu” demişəm”
Bu sözləri AZXEBER.COM-a açıqlamasınada tanınmış jurnalist, internet media eksperti, QHT sədri Səbuhi Abbasov “Sevimli şou” verilişinin aparıcısı Mikayıl Güləddinoğlunun müsahibəsini şərh edərkən deyib: “Əvvəla onu deyim ki, bu veriliş, ümumiyyətlə onun formatı heç bir efir etik normasına sığmır. Mikayıl dönə-dönə vurğulayır ki, verilişimə lağ edənlər orda iştirak edən insanları təhqir etmiş olur. Bu yanaşma özünümüdafiədən başqa bir şey deyil. Əslində sadə sosio-psixoloji yanaşma var: insanlar mütəmadi bir şeyi izləyəndə istər-istəməz zövqü də ona köklənir. Lakin bu cür yanaşma kökündən zərərlidir.
Səbuhi Abbasov deyib ki, TV-lər üçün ilk növbədə milli maraqlar öndə gəlməlidir:
“Hər bir verilişin, şou xarakterli olsa belə, məqsədi cəmiyyəti maarifləndirmək, tərbiyələndirməkdən ibarət olmalıdır. Çünki efir məkanı ən güclü təbliğat mexanizmidir. Mikayılın verilişində isə sazı paçaarası çalmaqla, çayxana stollarından ibarət studiya qurmaqla və yaxud 20 yanvar, Xocalı soyqırımı kimi faciələrin ildönümündən bir gün qabaq və ya sonra “şıdırqı palatka proqramı” hazırlamaqla sinə döymək olmaz. Həmdə bu formatlı verilişlərlə mənimlə yanaşı onlarla jurnalist irad bildirib. Mikayıl danışdığı sözün nə məntiqini, nə qədərini bilir. Əgər cəmiyyətdə, ələxsus da QHT və media nümayəndələri tərəfindən irad varsa deməli nəticə çıxarmaq lazımdı. Mikayılın “qələt” məsələsində isə el arasında “şişib” deyirlər. Azərbaycan kiçik ölkədir və bizdə 200-300 televiziya fəaliyyət göstərmir. İnternet Tv-ləri də aid eləsək uzağı 20-25 televiziya fəaliyyət göstərir. Bu mənada tutduğu kommersiya məqsədindən asılı olmayaraq hər bir TV üçün birinci milli maraqlar, gənclərin intellektual inkişafı önəmli olmalıdır”.
Qeyd edək ki, teleaparıcı Mikayıl Güləddinoğlu müsahibəsində verilişimə palatka toyu deyənlər qələt edir, başını daşa döyür demişdi.
https://www.facebook.com/video.php?v=10152257110846149