"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Dilimizə qayğı – Konfrans

09 Aprel 2015 - 10:28
in MƏDƏNİYYƏT
FacebookVatsap

1428488321_00018 aprel 2015-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “ Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının qəbul olunmasının iki illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan akademik Tofiq Hacıyev bildirmişdi ki, ana dili hər bir xalqın, milli –mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Dövlət dilini qorumaq hər bir dövlətin mühüm siyasi vəzifələrindən, əsas milli texniki maraqlarından birdir. Qloballaşma dünyada informasiya verən onu qəbul edən mexanizm, yəni dil dövlətçiliklə tənzim olunduqda perspektivləri artır, işlənmə əhatəsi genişlənir, informasiya intensivliyi yüksəlir. Müstəqil dövlətçilik mərhələsi dilin inkişafının ən etibarlı bazasıdır. Dövlət dili dil siyasətinin əsas anlayışıdır və milli dilin dövlət dili səviyyəsinə yüksəlməsi ölkəmizin apardığı dil siyasətinin real nəticəsidir. Sonra akademik T.Hacıyev Dövlət Proqramı ilə bağlı məsələlərdən bəhs etmişdir. Bildirdi ki, Dövlət Proqramı əsasında Dilçilik İnstitutunda Monitorinq şöbəsi yaradılmışdır. Həmin şöbə bu gün dilin praktik vəziyyəti ilə məşğul olur.. Həmçinin Azərbaycan dilinin Dialektoloji Atlasının çapı üçün müəyyən işlər görülür.

Çıxış edən millət vəkili Bəxtiyar Sadıqov qeyd etdi ki, dövlətimizin dilimizə qayğısı bəllidir. Cənab prezident çox möhtəşəm sərancam imzalayıb. Dövlət dili dil siyasətinin əsas anlayışıdır və milli dilin dövlət dili səviyyəsinə yüksəlməsi ölkəmizin apardığı dil siyasətinin real nəticəsidir. Dil quruculuğu dilə şüurlu və məqsədyönlü təsirdir, dil quruculuğu, dil siyasətinin tərkib hissəsidir.

”Azərbaycan KİV-lərində dil normalarının gözlənilməsi vəziyyəti”ndən bəhs edərkən B.Sadıqov vurğuladı ki, bəs, dilin problemi hardan yaranır? Dili hardan, kimdən öyrənmək lazımdır? Kitabdan, alimdən öyrənmək lazımdır. Dil ilə bağlı bir çox problemlər internetdən yaranır. Jurnalist ədəbi redaktəni bilməlidir.Biz dilimizi çirklənmədən qorumalıyıq.

“Azərbaycan dilində terminologiyanın inkişafı: perspektivlər, vəzifələr barədə professor Sayalı Sadıqova məlumat vermişdir. Qeyd elədi ki, Azərbaycan dilinin dövlət dili statusu alması, yeni təhsil sisteminin yaradılması prosesində Terminologiya Komissiyasının vəzifələri daha da artmışdır. Cünki elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsinə və inkişafına təsir göstərir. Ona görə də terminologiyada baş verən dəyişiklikləri diqqətlə izləmək və terminologiyanın inkişafını həmişə düzgün istiqamətləndirmək zəruridir.

Terminologiya Komissiyasında son illərdə terminologiyanı inkişaf etdirmək və təkmilləşdirmək məqsədilə bu illər ərzində elmin, mədəniyyətin, ictimai-siyasi həyatın bütün sahələri ilə bağlı baş verən dəyişikliklər nəzərə alınaraq mühüm istiqamətlər müəyyənləşdirilmişdir. Bu müddət ərzində elmin demək olar ki, bütün sahələrinə aid 100-ə yaxın terminoloji lüğət nəşr olunmuşdur”.

Sonda çıxış edən Monitorinq şöbəsinin müdiri professor Qulu Məhərrəmli Dövlət Proqramının yerinə yetirilməsilə bağlı aparılan monitorinqlər və mövcud problemlərdən söhbət açdı. Nəzərə çatdırdı ki, Monitorinq yeni sahədir. Gündəlik dil proseslərini müşahidə edir. Biz topladığımız materialları xüsusi proqram əsasında aparırıq. Küçə adlarının monitorinqi ilə bağlı Əmlak Komitəsi ilə bağlı əməkdaşlıq yaratmışıq. Küçə adları tək Bakı şəhəri ilə məhdudlaşmır. Sumqayıt, Gəncə və digər rayonları da monitorinqə cəlb olunub.

Q.Məhərrəmli vurğuladı ki,dildə gedən proseslər mətbuatda aydın görünür. Yaxşı proseslərlə yanaşı, mənfi meyillər də var. Şifahi nitqdə bunu aydın görmək olur. Başqa dilin intonasiyası ilə danışırlar. Çalışırıq Dilçilik İnstitutunun “Qaynar xətt”ini istifadəyə verək. Qaynar xətt çox düşünülmüş və müasir sistem olmalıdır. Canlı rejimdə dialoq olmalıdır. Bununla yanaşı, biz qrup yaratmışıq. Qaynar xəttin fəaliyyətininin irəliyə aparılmasında biz mediayaya güvənirik. Azərbaycan dilinin tədrisi ilə bağlı işlər görülməlidir. Azərbaycan dili bağlı verilişlər hazırlanmalıdır. Aparıcılar üçün kurslar təşkil olunmalıdır”.

Sonda konfrans öz işini yekunlaşdırdı.

Bunu da oxuyun

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Xalq artisti Zaur Rzayev vəfat edib

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

Previous Post

Dilimizə qayğı – Konfrans

Next Post

Azərbaycan nefti ucuzlaşıb

Bənzər yazılar

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı – Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində...

Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15

Xalq artisti Zaur Rzayev vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə onun oğlu məlumat verib. O, bu gün müalicə...

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

28 Oktyabr 2026 - 17:09

Çexiyanın paytaxtı Praqada yerləşən Lapidarium Qalereyasında dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunan “Sonetlər sevginin sinonimləridir” adlı...

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

19 Oktyabr 2026 - 15:08

Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi "44" bədii filmi ilə bağlı ictimaiyyətə müraciət edib. Bu barədə Elchi.az-a qurumdan məlumat verilib. Bildirilib...

Next Post

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Son xəbərlər

Şəkidə ağır qəza: ölən var

Şəkidə ağır qəza: ölən var

07 Noyabr 2026 - 16:58
Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

07 Noyabr 2026 - 16:44
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

07 Noyabr 2026 - 16:30
“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

07 Noyabr 2026 - 16:06
Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

07 Noyabr 2026 - 15:13
Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

07 Noyabr 2026 - 14:55
ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

07 Noyabr 2026 - 14:33
Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

07 Noyabr 2026 - 14:30
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

07 Noyabr 2026 - 14:09
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

07 Noyabr 2026 - 13:35
Zəfər gününün hava proqnozu açıqlanıb

Zəfər gününün hava proqnozu açıqlanıb

07 Noyabr 2026 - 13:08
Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

07 Noyabr 2026 - 13:00
Yol polisi velosipedçilərə müraciət edib

Yol polisi velosipedçilərə müraciət edib

07 Noyabr 2026 - 12:50
DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

07 Noyabr 2026 - 12:21
Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

07 Noyabr 2026 - 12:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.