“Microsoft” xidmətlərində giriş problemi

35

“Microsoft Teams” və “Outlook” daxil olmaqla müxtəlif “Microsoft” xidmətləri qlobal giriş problemləri ilə üzləşir.

Elchi.az xəbər verir ki, şirkətin internet saytında edilən açıqlamada istifadəçilərin “Microsoft 365” xidmətlərinə daxil olmaqda problemlərin ola biləcəyi bildirilib.

Giriş problemindən təsirlənən xidmətlərə “Microsoft Teams”, “Exchange Online”, “Outlook”, “SharePoint Online”, “OneDrive for Business”, “Microsoft Graph”, “PowerBi”, “M365 Admin Portal”, “Microsoft Intune”, “Microsoft Defender for Cloud Apps” və “Microsoft Defender for Identity” daxildir. “Microsoft”, problemin digər xidmətlərə də təsir edə biləcəyini açıqlayıb.

Giriş problemi bir çox ölkədə, o cümlədən Türkiyədə istifadəçilərə təsir göstərir. “Microsoft” şəbəkə konfiqurasiyasından qaynaqlanan problemin həlli üzərində işləməyə davam edir.

Yeganə