İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami ölkəsinin nüvə fəaliyyətlərinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) standartlarından kənara çıxmadığını bildirib.
Elchi.az-ın İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən məlumatına görə, İslami bu barədə paytaxt Tehranda Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verib.
“MAQATE ilə əməkdaşlığımız davam edir. MAQATE bölmələrinin hesabatlarında qeyd olunduğu kimi, İranın nüvə fəaliyyətində heç bir kənara çıxma yoxdur”, – İslami bildirib.
MAQATE-nin direktoru Rafael Mariano Qrossinin İrana səfərinin gündəmdə olduğunu bildirən İslami söyləyib:
“BAEA-nın İrana psixoloji təzyiqi və öz məqsədlərinə çatmaq üçün siyasi təşəbbüsləri nəticəsiz qaldı”.
Qrossi dünən Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsində deputatları İranın nüvə sazişi kimi tanınan Birgə Hərtərəfli Fəaliyyət Planı (KOEP) ilə bağlı son vəziyyətlə bağlı məlumatlandırıb və sazişin “ölü” hesab edilmədiyini bildirib.
Qrossi 2015-ci ildə İran ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvləri, ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya (5+1) arasında imzalanmış KOEP haqqında danışarkən aşağıdakı ifadələrdən istifadə edib:
“Heç kim KOEP-nin “öldüyünü” bəyan etmədi, lakin KOEP indi sanki boş bir qabıqdır. Müqavilənin heç bir öhdəliyi yerinə yetirilmir”.
Yeganə