DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Əhən kəndindəki meşəlik ərazidə ayrı-ayrı plastik qablarda aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 45 ədəd çətənə bitkisi aşkar edilib. Davam etdirilən tədbirlər nəticəsində həmin narkotik tərkibli bitkiləri becərən şəxslərin rayonun Ərəgit kənd sakinləri 24 yaşlı Hüseyn Quliyev və 23 yaşlı Elxan Hüseynov olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır
Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-a çatdırılacaq. Bu barədə Elchi.az -a Azərbaycan...


















Son şərhlər