Messi və Neymar ilk təlim məşqə çağırılmadı

🗓 26.07.2014 20:39 ✍️ "Elçi" qəzeti

17 futbolçu arasında Lionel Messi və Neymar yoxdurimg1609622

 İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Luis Enrike iyulun 28-dən avqustun 3-dək İngiltərədə baş tutacaq təlim-məşq toplanışında iştirak edəcək futbolçuların adlarını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, dəvət alan 17 futbolçu arasında Lionel Messi və Neymar yoxdur.
Ulduz futbolçularının ilk təlim-məşq toplanışına dəvət olunmamalarının səbəbi son dünya çempionatının "play-off" matçlarında iştirak etmələridir.
Xatırladaq ki, Messinin şərəfini qoruduğu Argentina yığması mundialı 2-ci, Neymarlı Braziliya isə 4-cü pillədə başa vurublar.

Bənzər yazılar