Böyük Futbol Liqasının “İnter Mayami” klubunun hücumçusu Lionel Messi Argentina millisinə çağırılıb. Elchi.az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının “Instagram” səhifəsində məlumat verilib.
Forvard 2026-cı il dünya çempionatının seçmə mərhələsinə hazırlaşacaq. Argentinanın rəqibləri Ekvador və Boliviya olacaq. Oyunlar müvafiq olaraq sentyabrın 8-də və 12-də keçiriləcək. Ümumilikdə Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandaya 32 futbolçu çağırıb.
Qeyd edək ki, iyulun 12-də Messi Argentina millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
Havar Şəfiyeva