Rusiyalı stilist Aleksandr Roqov 2023-cü ilin payızında dəbdə olacaq rənglər barədə açıqlama verib. Elchi.az xəbər verir ki, o, müvafiq məlumatı 144 min abunəçisi olan “Telegram” kanalında yerləşdirib.
Belə ki, ekspertin fikrincə, qırmızı cari mövsümün əsas rənginə çevrilib. Eyni zamanda, ekspert uyğun təsvirləri əks etdirən bir sıra şəkillər paylaşıb.
Mütəxəssisin fikrincə, paltarda ağ-qara çalarların birləşməsi uğurlu olacaq. Roqov eyni zamanda oxucuların diqqətini köynək, gödəkçə və idman ayaqqabısı da daxil olmaqla qeyd olunan hər iki rəngin eyni vaxtda birləşdirən qeyri-adi kəsikli məhsullarına yönəldib.
Havar Şəfiyeva