Son dünya çempionu, Argentinanın ulduzu Lionel Messi millisinin Kurasao ilə yoldaşlıq oyununda “het-trik” edərək adını “100-lər klubu”na yazdırıb.
Elchi.az xəbər verir ki, Argentinanın Santyaqo del Estero şəhərindəki “Unico Madre de Ciudades” stadionunda keçirilən qarşılaşmada Karib hövzəsi ölkəsi Kurasaonu 7:0 hesabı ilə məğlub edən Argentina millisi qalib gəlib.
Argentinanın qollarını 20, 33 və 37-ci dəqiqələrdə Messi, 23-cü dəqiqədə Nikolas Qonzales, 35-ci dəqiqədə Enzo Fernandes, 78-ci dəqiqədə Anxel Di Maria və 87-ci dəqiqədə Qonsalo Montiel vurub.
Bu matçdan sonra Messi milli forma ilə qollarının sayını 102-yə çatdıraraq portuqaliyalı Kriştiano Ronaldo (122) və iranlı Əli Daei (109) sonra 100 qol həddini aşan üçüncü futbolçu olub.
Milli forması ilə 100 qol həddini keçərək Dünya Kubokunu qazanan ilk futbolçu ünvanına çatan ulduz futbolçu, matçın 89-cu dəqiqəsində də topa vuraraq klub və milli karyerasının 800-cü qoluna imza atıb. Ötən həftə Argentinanın Panama 2-0 hesabı ilə qalib gəldiyi yoldaşlıq oyunu keçirilib.
Şayəstə