"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Məsələyə Putinin özü qarışmalıdır” – Qüdrət Həsənquliyev

04 İyul 2025 - 11:26
in MANŞET

Qudret bey

FacebookVatsap

Deputatdan Rusiya-Azərbaycan münasibətlərindəki gərginliklə bağlı ilginc açıqlamalar

Bunu da oxuyun

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər

İlham Əliyev Məsud Pezeşkianı “İstisu”ya qonaq edib

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”a geniş müsahibə verib.

Elchi.az son günlərin ən çox müzakirə edilən məsələləri barədə bir çox arqumentlərin və şərhlərin ilk dəfə səsləndirildiyi müsahibəni təqdim edirik:

– Qüdrət bəy, Rusiya ilə Azərbaycan arasında nə baş verir və azərbaycanlıların öldürülməsi, işgəncə verilməsi ilə müşayiət olunan hadisələrin səbəbi nədir?

– Mən həm Rusiyanın, həm Ermənistanın ictimai-siyasi həyatını çox ciddi şəkildə izləyirəm. Ermənistanda xüsusilə revanşist mövqedən çıxış edən siyasi ekspertlər hər zaman söyləyirlər ki, Azərbaycanda 44 günlük savaşdan sonra eyforiya yaşanır, onlar öz imkanlarını həddindən artıq şişirdir, amma rəqiblərinin imkanlarını qiymətləndirə bilmir. İddia edirlər ki, bu eyforiya Azərbaycanda təkəbbürlülük yaradıb, bu da mütləq Azərbaycanın həm daxilində, həm də kənarındakı müttəfiqləri ilə münasibətlərində gərginlik yaradacaq, onlar da hazır olmalıdır və sairə… Həmçinin deyirlər ki, Ukraynadakı müharibənin sonunu gözləməliyik. Rusiya Ukraynada məğlub olsa, orda mütləq qərbyönümlü hakimiyyət olacaq. Qərbyönümlü hakimiyyət Birinci Qarabağ savaşında olduğu kimi, Ermənistanı dəstəkləyəcək. Yaxud Putin müharibədən məğlub çıxacaqsa, Qərb onu məcbur edəcək ki, Ermənistana kömək elə və onda hərəkətə keçməyin vaxtı çatacaq, odur ki, gözləməlidirlər. Yəni mən bu barədə çoxlu şərhlərə rast gəlirdim və bu barədə əvvəlki müsahibələrimdə danışmışdım. Eyni sərhlərlə bu gün Rusiya mediasında rastlaşırıq. Azərbaycan təkəbbürlü olub nə edib? Bəli, 44 günlük müharibədən sonra Azərbaycan dəyişib. Amma bu, qələbə eyforiyasından doğan təkəbbürlülük deyil. Kimlər ki, Azərbaycanı əvvəllər boynu bükülmüş, qaməti əyilmiş bir xalq və ölkə kimi görməyə öyrəşmişdilər, indiki duruşumuzdan çox pərişandırlar. Azərbaycan qamətini düzəldib, çox qürurludur. Bu, eyforiya deyil. Yəni onlar bizi qiymətləndirərkən səhv edirlər. Biz dövlətimizə və xalqımızın nümayəndələrinə hörmət tələb edirik, bərabərhüquqlu əməkdaşlıq istəyirik. Azərbaycan indi regionda siyasətin müəyyənləşdirilməsində rol oynayır və hər kəsin də bunu qəbul etməsini istəyir. Bu da sözsüz ki, müəyyən adamları qıcıqlandırır. Yekaterinburqda baş verən hadisələrdən sonrakı ilk açıqlamamda da söyləmişdim ki, azərbaycanlılara münasibətdə nümayişkəranə şəkildə işgəncələr verməklə qətllərin törədilməsi siyasi motivli terror aktıdır. Rusiya özünə haqq qazandırmaq üçün deyir ki, bu, cinayətkarlığa qarşı mübarizə çərçivəsində görülən tədbirlərdir, Azərbaycan niyə belə emosional reaksiya verir? Onların bu yanaşması çox absurd və çox utancvericidir. Tutaq ki, siz deyənlə razılaşsaq, cinayətkarlığa qarşı mübarizə çərçivəsində əməliyyat keçirildiyini qəbul etsək, əvvəla, polis vəhşilik edib və nəticədə insanlar ölüb. Bəs ondan sonrakı günlər bizim diaspora rəhbərlərini polisin yerə yıxması, dizləri ilə onların boynunu sıxması, azərbaycanlıları sıraya düzüb, o cür alçaltmaq, onları əsgəri formada addımlamağa məcbur eləmək, milləti aşağılamaq, bütün bunlar qəbulolunmazdır və bunların siyasi məqsədlərlə edildiyi heç kimdə şübhə doğurmur.

– Rusiya rəsmiləri baş verən hadisələri Rusiyanın daxili işi sayırlar. Hüquqşünas millət vəkili kimi bu barədə nə deyə bilərsiniz?

– Əvvəla, insan hüquqları heç bir ölkənin daxili işi deyil. İkincisi, orada öldürülənlərin, yaralananların bəzilərinin ikili vətəndaşlığı var, bəziləri isə Azərbaycan vətəndaşlarıdır. İzləyirəm, sosial şəbəkələrdə iddia olunur ki, baxın, miqrantlar müharibəyə, döyüşməyə getmir. Bu insanlar əmək miqrantlarıdır. Onlar döyüşmək üçün yox, işləmək üçün Rusiyaya gediblər. İkincisi, bizi təhdid edirlər, başımıza qaxmağa çalışırlar ki, bunlar Rusiyada işləyib, Azərbaycana pul göndərirlər… Bəli, işləyirlər, halal zəhmətləri ilə qazandıqları pulu göndərirlər. O pul Rusiyanın verdiyi ianə deyil ki… Özü də o adamlar elə sahələrdə işləyirlər ki, ya ruslar özləri həmin çətin işləri bacarmırlar, ya da o işləri görməyi özlərinə rəva bilmirlər. Bunlar bir tərəfdən keçmiş sovet respublikalarının daha sıx inteqrasiyasından danışırlar, özlərini bunun tərəfdarı kimi göstərirlər, hətta istəyirlər ki, biz Avrasiya İqtisadi İttifaqına, KTMT-yə qoşulaq, digər tərəfdən də, bu, nə davranışdır?! Bir xalqı aşağıla, ona ikinci, üçüncü “sort” millət kimi yanaş, bu cür zorakılıq nümayiş etdir, ardınca da de ki, gəlin biz daha sıx inteqrasiya edək…

Vaxtilə mən bunu NATO Parlament Assambleyasında Jirinovskinin üzünə demişəm. O, eyni ittihamları irəli sürəndə, “gəlirsiniz, bizdə işləyirsiniz” və sair deyəndə söz aldım və dedim ki, birincisi, o adamların çoxu sizin təqaüdçülərin evində kirayənişin qalır, təqaüdçülərə pul verirlər. İkincisi də Azərbaycandan, digər müsəlman respublikalardan gələnlər qaldıqları evdəki qocalara aldıqları meyvədən, ərzaqdan mütləq pay verirlər və miqrantlar Rusiyada sosial gərginliyi aradan qaldırır, siz bizə nə minnət qoya bilrsiniz? Sibirdə çinli əhalinin sayı o qədər artıb ki, ruslar onların içərisində özlərini çox diskomfort hiss etdiklərindən artıq başqa şəhərlərə köçüb gedirlər. Digər tərəfdən, nə bizi hədələyirsiniz? Konslagerlər yaradıb, azərbaycanlıları ora doldurub qıracaqsınız?!

– Qüdrət bəy, bu qarşıdurma haraya qədər inkişaf edə, uzana bilər?

– Məncə, məsələyə Putinin özü qarışmalıdır. Biz açıq-aşkar görürük ki, Rusiyanın siyasi rəhbərliyində Azərbaycanın qələbəsi, müstəqil siyasəti ilə heç cür barışmaq istəməyən, Azərbaycanın indiki mövqeyini, yürütdüyü siyasəti həzm edə bilməyən insanlar var. Bizim Türkiyə və türk respublikaları ilə əlaqələrimiz, müstəqil xarici siyasətimiz, Çinlə, Pakistanla yaxınlaşmamız onları narahat edir. Amma onlar başa düşmürlər ki, zaman keçir və şərait dəyişir. Azərbaycan artıq 20 faizi torpağı işğal olunmuş məğlub ölkə, xalq deyil. Azərbaycan qalib xalqdır və özünə hörmət tələb edir. Qaba gücdən istifadə etməklə Azərbaycanın qərarlarına təsir etmək mümkün deyil. Azərbaycanın və Rusiyanın mənafeləri tələb edir ki, tarixi əlaqələri olan yaxın qonşular kimi dostluq və əməkdaşlıq şəraitində yaşayaq.

– Qüdrət bəy, yeri gəlmişkən, siz bir çox hallarda bununla bağlı təşəbbüslərlə çıxış etmisiniz…

– Bəli, mənim üçün bu mövzuda danışmaq çox çətindir. Ona görə ki, mən daim Rusiya ilə münasibətləri inkişaf etdirməyin tərəfdarı olmuşam və mənim kimi düşünən insanların hamısı üçün bu gün çox çətindir. Rusiya öz siyasətinə yenidən baxmalıdır. Putin özündə güc tapıb ətrafındakı müəyyən adamları cəzalandırmalıdır və qonşularla normal münasibətlər qurmaq, əlaqələri inkişaf etdirmək istəyən şəxsləri önə çəkməlidir. Mən bilirəm ki, ətrafından çox böyük asılılığı var, onu Ukraynada çox ağır müharibəyə çəkiblər və o müharibədən çıxmağın yolunu tapa bilmirlər. Bilirsiniz bizə münasibətdə namərdlik həm də nədədir? Diqqətlə araşdırma aparsanız, görərsiniz ki, Qərbdən bizə təzyiqlər artanda bunlar fikirləşirlər ki, aha, indi çox əlverişli bir məqamdır, Azərbaycana Qərbdən müəyyən təzyiqlər var və bizə etiraz edə bilməyəcəklər, təhqirləri udacaqlar, Azərbaycana yerini göstərəcəyik və sair.

– Bayaq Moskvanın Azərbaycanı Avrasiya İqtisadi İttifaqına və KTMT-yə cəlb etmək niyyətinə toxundunuz. Doğrudanmı, fikirləri ciddidir və bütün bunlardan sonra Azərbaycanla bağlı planlarına nail olacaqlarını düşünürlər?

– Onlar bunu istəyirlərsə, oturub danışıb Azərbaycanı inandırsalar ki, bu, ölkəmizin maraqlarına uyğundur, Baskı da bu məsələni müzakirəyə çıxara bilər. Amma bu cür təzyiqlə bizə qərar qəbul etdirə bilməzlər. Yaxud Azərbaycanın maraqlarına uyğun olan hansısa qərarın qəbulundan bizi çəkindirə bilməzlər. Rusiya Ermənistana Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanması üçün heç bir təzyiq etmədi. Vaxtilə bizim AŞPA-dakı millət vəkillərindən biri mənə demişdi ki, bizə bir çox hallarda təzyiq edənlərin Rusiya ilə ciddi əlaqələrinin olmasında dair heç bir şübhəmiz yoxdur. Bildirdi ki, onlar daha çox canfəşanlıq edirlər. Həmin deputatın adını çəkmirəm, müsahibəni oxusa və istəsə, bu barədə açıqlama verər. Səbəbini soruşanda dedi ki, Avropada canfəşanlıq edənlər bizi sıxıb, zorla Rusiyanın qoltuğunun altına sığınmağa məcbur etmək istəyirlər. Yəni əslində bu vəziyyətin yaranmasında Qərbdəkilərin də günahı var. Bunlar bəlkə də elə Rusiyadan ötürülən pasla Azərbaycana müəyyən hücumlar, təzyiqlər təşkil edirlər, bizi sanksiyalarla hədələyirlər və s.

– Bu arada, xatırlatmaq yerinə düşər: Rusiyada başlanan anti-Azərbaycan dalğasına Qərb paytaxtlarından reaksiyalar yoxdur, səssiz qalıblar. Təsadüfi deyil yəqin, eləmi?

– Mən elə onu demək istəyirəm, Rusiyanın qaba davranışları ilə Qərbdən edilən təzyiqlər son vaxtlar üst-üst düşür. Bunun səbəbi odur ki, Rusiyanın Qərbdə ələ aldığı çox böyük adamlar, siyasətçilər, QHT təmsilçiləri var. Ukrayna savaşında görürük ki, onlar necə aktiv fəaliyyət göstərirlər. Bundan əlavə, orda təkcə rusiyapərəst dairələr yox, həm də ermənipərəst dairələr var ki, Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasına çalışırlar. Birinci Qarabağ müharibəsində bizim torpaqlarımız işğal olunurdu, təcavüzə məruz qalırdıq, amma ABŞ Ermənistana yox, Azərbaycana sanksiya tətbiq etdi. Yəni bu da təsadüfi deyil ki, sanki bizə qarşı əlbir, razıılaşdırılmış fəaliyyət var, bu da xalqımızın haqlı hiddətinə səbəb olur.

– Beləliklə, azərbaycanlıların öldürülməsi, təqibi, həbsinə insan haqlarını əlində daim bayraq edən Qərb paytaxtları da susqunluqla yanaşır…

– Bəli. CNN, BBC, FOX News, başqa tv-lərə baxın, görün hansı birində bu hadisələr pislənilir, qınanılır? Bunlar heç 20 Yanvarda Azərbaycana divan tutulanda bizi müdafiə etmədilər, dedilər ki, Qorbaçov orada dini ekstremizmə qarşı mübarizə aparır, onu təriflədilər, Nobel sülh mükafatı verdilər. Bunlar heç Xocalı soyqırımına münasibət bildirmədilər, onu pisləmədilər. Halbuki 366-cı alayın iştirakı var idi. Yeltsin Qərbin tapşırığı ilə oturub-duran, onların bir sözünü iki etməyən adam idi. Onlar istəsəydilər, Ermənistanın təcavüzünü dərhal dayandırardılar. Amma bunu da etmədilər. Qərbdəki ermənipərəst dairələr Putindən çox narazı qalmışdılar ki, niyə o vaxt müharibəyə qatılmadı. Son vaxtlar Azərbaycana sanksiyaların tətbiqi ilə bağlı Avropa Parlamentində yeni təşəbbüslə çıxış edənlər oldu, bir-iki gün sonra bu hadisələr baş verdi. Sanki Qərbdəki müəyyən dairələrlə Rusiyadakı bəzi çevrələrin işbirliyi var. Solovyov bizim etirazımızı bununla əlaqələndirir ki, guya Azərbaycanda kimlərsə anqlosaksonların tapşırığı, diktəsi ilə Rusiyadakı zorakılıqlara etiraz edir. Deyir inanıram ki, Azərbaycanın xüsusi xidmət orqanları bunu araşdıracaq. Azərbaycanın xüsusi xidmət orqanlarına məsləhət vermək lazım deyil, onların buna ehtiyacı yoxdur. Qoy Rusiya öz içərisində Rusiya əleyhinə Qərblə əlbir işləyənləri aşkar edib cəzalandırsın. Solovyov kimilər cavab versinlər ki, Yekaterinburqda baş verənlər Azərbaycanda Rusiya vətəndaşlarına qarşı edilsəydi, onlar hansı addımları atardılar?

Rusiya bölgədə mövcudluğunu qoruyub saxlamaq istəyirsə, sülhə töhfə verməli, ölkəmizlə iqtisadi, mədəni əlaqələri genişləndirməli, bərabərhüquqlu münasibətlər qurmalıdır. Münasibətlərin bərpası üçün ölənlərin ailəsindən üzr istənilməli, günahkarlar cəzalandırılmalı, gələcəkdə bu kimi halların baş verməməsi üçün tədbirlər görülməlidir.

Görün hadisədən iki-üç gün öncə biz İrandan gələn Rusiya vətəndaşlarını necə qarşılayıb yola saldıq, onlar bizim vətəndaşlara münasibətdə necə davrandılar.

Previous Post

Milli Məclisin növbəti iclası başladı

Next Post

Orban: Ukrayna Macarıstanda hökuməti devirməyə çalışır

Bənzər yazılar

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

31 Avqust 2026 - 20:36

Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. Elchi.az  xəbər verir ki, xəbərdarlıqda deyilir: "Hazırda ölkə...

İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər

31 Avqust 2026 - 20:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri...

İlham Əliyev Məsud Pezeşkianı “İstisu”ya qonaq edib

İlham Əliyev Məsud Pezeşkianı “İstisu”ya qonaq edib

31 Avqust 2026 - 20:15

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində İran Prezidenti Məsud Pezeşkianla görüşü zamanı maraqlı dialoq yaşanıb. Elchi.az...

Pezeşkiyan: Müharibə heç kimin maraqlarına cavab vermir

Pezeşkiyan: Müharibə heç kimin maraqlarına cavab vermir

31 Avqust 2026 - 16:59

İran ABŞ ilə münaqişənin diplomatiya yolu ilə həllinə əvvəlki kimi sadiqdir, çünki müharibənin davam etməsi heç kimin maraqlarına cavab vermir....

Next Post

Orban: Ukrayna Macarıstanda hökuməti devirməyə çalışır

Tramp Ağ Evdə UFC turnirini elan edib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Böyük Kanyonda baş verən daşqında iki nəfər ölüb, 14 nəfər itkin düşüb

Böyük Kanyonda baş verən daşqında iki nəfər ölüb, 14 nəfər itkin düşüb

31 Avqust 2026 - 23:02
Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

31 Avqust 2026 - 23:00
Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

31 Avqust 2026 - 22:59
İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

31 Avqust 2026 - 22:57
Bakı və Abşeron yarımadasında dolu yağacaq

Bakı və Abşeron yarımadasında dolu yağacaq

31 Avqust 2026 - 21:12
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

31 Avqust 2026 - 20:36
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər

31 Avqust 2026 - 20:32
MEDİA Britaniya qəzetlərində Azərbaycanla bağlı yazılara münasibət bildirib

MEDİA Britaniya qəzetlərində Azərbaycanla bağlı yazılara münasibət bildirib

31 Avqust 2026 - 20:26
Pentaqon raket istehsalını artırmaq üçün müqavilələr bağlayıb

Pentaqon raket istehsalını artırmaq üçün müqavilələr bağlayıb

31 Avqust 2026 - 20:21
İlham Əliyev Məsud Pezeşkianı “İstisu”ya qonaq edib

İlham Əliyev Məsud Pezeşkianı “İstisu”ya qonaq edib

31 Avqust 2026 - 20:15
Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

31 Avqust 2026 - 20:11
Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq müzakirə olunub

31 Avqust 2026 - 20:08
Messi milli komandadakı karyerasını başa vurub

Messi milli komandadakı karyerasını başa vurub

31 Avqust 2026 - 19:29
Hikmət Hacıyev: Bakı Avropa İttifaqını Zəngəzur dəhlizinin iştirakçısı kimi görmək istəyir

Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib – VİDEO

31 Avqust 2026 - 19:10
Prezident: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır

Prezident: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır

31 Avqust 2026 - 18:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.