Almaniya kansleri Fridrix Merz bildirib ki, Avropa İttifaqı müharibə ilə sülh arasında olan bir vəziyyətdə “sadəlövh pasifizmi” unutmalıdır.
Elchi.az xəbər verir ki, bu fikri o, Xristian-Demokrat İttifaqı partiyasının qurultayında çıxışı zamanı səsləndirib.
“Bu gün sadəlövh pasifizmə əməl edənlər gələcək müharibələrə şərait yaradır”, – deyə Almaniya hökumətinin rəhbəri bildirib.
Merz əlavə edib ki, Avropa “böyük güc dili ilə danışmağı öyrənməlidir”.
Məryəm





















