Roqov partlayışı terror aktı adlandırıb.
Elchi.az xəbər verir ki, Melitopolun mərkəzində cümə günü, dekabrın 23-də səhər saatlarında partlayış olub. Bunu “Biz Rusiya iləyik” hərəkatının sədri, Zaporojye vilayəti administrasiyasının əsas şurasının üzvü Vladimir Roqov Teleqram kanalında bildirib.
“Melitopolda səs-küy var. Şəhərin mərkəzində partlayış səsləndi”, – Zaporojye vilayətinin administrasiyasının baş şurasının üzvü yazıb və sonradan bildirib ki, saat 12:13 radələrində Qorki parkının girişinin qarşısında avtomobil partlayıb.
Onun sözlərinə görə, Melitopolun mərkəzində baş verən bu partlayış terror aktıdır. “Bu, əlbəttə ki, terror aktıdır və bunun arxasında Kiyev rejiminin yaraqlıları dayanır”, – RİA Novosti onun sözlərini sitat gətirir.
Xatırladaq ki, Roqov bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələrinin (APU) Melitopolu almaq üçün hücuma başlamaq cəhdlərinin dayandırılacağını bildirərək, bunun üçün bütün lazımi qüvvə və vasitələrin olduğunu bildirmişdi.
Şayəstə