Meksikalı narkobaron Ovidio Quzman Lopez həbs edilib

33

Onlarla insan yaralanıb, helikopterlər və təyyarə vurulub: Meksikada tanınmış narkobaron saxlanılıb.
Narkobaron Ovidio Quzman Lopezin Meksikada həbsi onlarla insanın ölümü və yaralanmasına, 250 avtomobilin oğurlanmasına, iki helikopter və bir təyyarənin vurulmasına səbəb oldu.
Elchi.az xəbər verir ki, Meksika Müdafiə Nazirliyi bildirib ki, Quzman Lopez ötən cümə axşamı, yanvarın 5-də Sinaloa əyalətinin Culiacan şəhərində saxlanılıb, bundan sonra o, Hərbi Hava Qüvvələrinin təyyarəsi ilə Mexiko şəhərinə aparılıb və yüksək rejimli həbsxanaya yerləşdirilib.
Narkotik baronunun həbsindən sonra Meksika şəhərinin küçələrində atışma başlayıb, bəzi küçələr yanan maşınlarla bağlanıb. Regional hakimiyyət sakinlərə evlərini tərk etməməyi tövsiyə edib, həmçinin məktəblərdə və universitetlərdə dərsləri ləğv edib.
Regional ictimai təhlükəsizlik departamentinin rəhbəri Kristobal Kastanyeda bildirib ki, saxlanılma zamanı azı 7 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Qubernator Ruben Roça Moya hüquq-mühafizə orqanları və ordunun silahlılarla toqquşması zamanı 10 nəfərin öldüyünü, ən azı 29 nəfərin yaralandığını bildirib.
“El Milenio” qəzetinin məlumatına görə, narkobaronun mühafizəçilərinin zirehli maşınlarına quraşdırılmış iriçaplı silahlardan iki helikopter zədələnib. Culiacan hava limanına enərkən turbovintli təyyarə vurulub.
Bildirilir ki, Quzman Lopez Kanada, Meksika və ABŞ liderlərinin yanvarın 10-da Mexikoda keçirilən görüşündən əvvəl saxlanılıb. Meksika Xarici İşlər Nazirliyi bildirir ki, ölkə məhbusun ABŞ-a sürətləndirilmiş ekstradisiyasını həyata keçirmək niyyətində deyil.

Şayəstə