"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Mehriban Əliyeva: “Azərbaycanda COVID-19-un son dalğası azalmaqdadır”

24 Fevral 2022 - 15:50
in GÜNDƏM
FacebookVatsap

“Hazırda vəziyyətə görə demək olar ki, Azərbaycanda son dalğa azalmaqdadır. Lakin maraqlıdırsa, mən bir qədər təcrübəmiz barədə danışa bilərəm, çünki Azərbaycan da daxil olmaqla, bütün ölkələrin qarşılaşdığı vəziyyət qeyri-adi idi və problem çox böyük idi. İki ildən bir qədər artıq müddət keçəndən sonra hazırda bizdə müəyyən təcrübə var və mən onu bölüşə bilərəm. Bütün bunlar başlayanda, 2020-ci ilin fevral-mart ayları idi. Yəqin ki, hamınız xatırlayırsınız, müxtəlif versiyalar var idi, kimsə inanırdı, kimsə dərk edirdi, kimsə anlamırdı, inkaretmə mövcud idi”.

Bunu da oxuyun

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Bakıda NATO-nun təlim kursu keçirilir

Elchi.az xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüş zamanı Azərbaycanda COVID-19-la bağlı vəziyyətə dair suala cavabında bildirib.

Birinci vitse-prezident deyib ki, fevral ayının sonunda biz aydın şəkildə dərk edirdik ki, nəyisə həqiqətən də çox ciddi hadisə baş verir və bu, qeyri-ordinar, təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir:

“Mən hesab edirəm ki, sonrakı işin uğurlu həyata keçirilməsinin başlıca səbəblərindən biri yəqin ki, çox peşəkar qərargahın, komandanın tez bir zamanda yaradılmasına nail olmağımızdır. Üstəlik, aydın idi ki, burada yalnız tibb işçiləri ilə kifayətlənmək olmaz, diapazon tamamilə genişdir və hökumət üzvləri, ekspertlər, gənc alimlər, xüsusilə riyaziyyatçılardan ibarət qrup toplandı. Çünki artıq o vaxt aydın idi ki, hesablamaq, proqnozlaşdırmaq lazım olacaq.

Lakin cənab Prezident sağ olsun, o, dərhal tövsiyələri dinləməyə başladı. Beləliklə, biz birinci mərhələdə sərhədlərin bağlanması barədə qərarı kifayət qədər tez qəbul etdik. Mart ayı idi. Bu, əlbəttə, müəyyən dərəcədə kömək etdi, lakin hadisələrin sonrakı gedişi göstərdi ki, güclü, ciddi karantin rejimləri nə dərəcədə kifayət imiş. Bundan başqa tez bir zamanda daha bir vacib tədbir görülməli idi və komanda bu işin öhdəsindən gəldi. Təbii ki, səhiyyə sahəsində bizim zəif yerlərimiz gözdən keçirilməli idi, çünki əsas problem – səhiyyə sistemində kollaps idi və artıq təxminən aprel ayında bizdə nəyin çatışmadığını bilirdik. Biz qısa müddətdə on, sonradan isə daha iki – cəmi 12 modul tipli xəstəxana ala bildik. Əlbəttə, yenə vəsait ayrılmışdı. Həmin xəstəxanalar çox qısa müddətdə ölkəyə gətirildi və yığıldı. Bir ildən sonra, ilk ilin təcrübəsinə əsaslanaraq, hansı avadanlığın, hansı xəstəxanaların bizə lazım olduğunu biz dəqiq bilirdik. Məsələn, pandemiyanın ikinci ilində biz artıq sırf reanimasiya çarpayıları ilə təchiz olunmuş modul tipli xəstəxanalar sifariş edirdik, çünki aydın oldu ki, adi çarpayılarla problem olmayacaq, reanimasiya çarpayıları ilə isə ola bilər”.

Mehriban Əliyeva qeyd edib ki, yəqin əsas aspektlərdən biri ondan ibarətdir ki, bu komanda işləyirdi:

“O, indiyə qədər işləyir. Deyə bilərəm ki, onların bu günə qədər verdiyi proqnozlar 90-95 faiz düz çıxıb. Yəni, biz hər bir dalğanı gözləyirdik. Bizdə nə vaxt artım, nə vaxt azalma, nə vaxt pik olacağı barədə xəta bir həftə ola bilərdi. Bu, bizə çox kömək edirdi, çünki hökumətin müəyyən təcili tədbirlər, karantin tədbirləri görməsi lazım olanda, müddətləri düzgün hesablamasına imkan verirdi. Təbii ki, bununla paralel olaraq zəruri tibbi avadanlıq və dərmanlar alındı. Birinci ilin sonuna, hətta ortalarına doğru artıq aydın oldu ki, söhbət vaksinasiyadan gedir. Burada da həmkarlarımız sürətlə əlaqə saxlaya bildilər. Səhv etmirəmsə, dünyada birinci vaksinasiya 2020-ci ilin dekabrında Amerikada, gərək ki, Birləşmiş Ştatlarda həyata keçirilib. Bizdə vaksinasiya 2021-ci il yanvarın 18-də başlandı. Yəni, ölkəyə vaksinlər kifayət qədər tez çatdırıldı. Bunlar Çin vaksinləri, növbəti mərhələdə Rusiya vaksinləri idi. COVAX layihəsi xətti ilə Avropa vaksinləri də aldıq. Yəni, vaksinləri seçmək imkanı vardı. Təbii ki, vaksinasiyanın könüllü olacağı qərara alındı və seçim vardı. Burada, əlbəttə, ikinci aspekt çox vacibdir. Hesab edirəm ki, Mixailin dediyi kimi, bizim təcrübəmizi uğurlu hesab etsək, yəqin ki, cəmiyyətlə düzgün kommunikasiya çox vacib aspektdir. Ona görə ki, situasiya insanlar üçün yeni, çox cəhətdən qorxulu idi. İnkar edənlər də vardı, hər yerdə olduğu kimi, prinsip etibarilə müxtəlif konspiroloji versiyalar vardı. Bizə nə kömək etdi? İlk növbədə, bizə kömək edən bunu başa düşməyimiz oldu ki, qərargahdan daxil olacaq ismarıclar tamamilə dürüst olmalıdır, biz onları elə yoxlamalıyıq ki, sonradan dəyişməyək. Ona görə ki, belə vəziyyətdə dediyimizi etmək çox vacib idi. Bu halda da mən yenə Prezidentə minnətdaram, çünki o, insanlara, ictimaiyyətə müraciət edir və bu ismarıcları verirdi. Əlbəttə, burada insanların Prezidentə etimadı öz rolunu oynadı. COVID ilə bağlı vəziyyətdə bu etimadın nə dərəcədə vacib olması bir daha təsdiqləndi, ona görə ki, Prezidentdən eşidilənlər birmənalı həqiqət kimi qəbul edilirdi. Əlbəttə, skeptiklər, skeptik əhval-ruhiyyəli insanlar vardı, az sayda vaksin əleyhdarları var. Lakin bütövlükdə biz ciddi ziddiyyətlərdən və ya iğtişaşlardan qaça bildik. Bizdə insanlar vaksin vurdurmağa getdilər və yetərincə intizamlı şəkildə vaksinləndilər. Bu günə qədər bizdə yaşı 18-dən yuxarı olan insanların təqribən 70 faizi iki doza vaksin alıb. Ona görə ki, bizdə əsasən yaşı 18-dən yuxarı olan insanlar vaksinlənir. Uşaqlar üçün vaksinləmə yalnız valideynlərin qərarı ilə həyata keçirilir, məcburi vaksinləmə yoxdur. Səhiyyə Nazirliyi belə də elan edir ki, bu, yalnız valideynlərin qərarı ilə həyata keçir. Ona görə də bu iki tədbirin kompleksi ən optimal ssenari üzrə hərəkət etməyə imkan verdi. Əlbəttə, belə bir ehtiyatlı optimizm var ki, “omikron” epidemiyanın sonu ola bilər. Bununla bərabər, başqa versiyalar da səslənir. Deyirlər ki, virusun daha artıq təhlükəli, daha ölümcül yeni versiyaları yarana bilər. Lakin bütövlükdə keçilmiş yolu təhlil edərək bu gün mən bu iki komponenti əsas hesab edirəm: tezliklə yüksək iş qabiliyyətli, çox düzgün komanda yaratmaq, – vurğulamaq istəyirəm ki, bu komanda təkcə həkimlərdən ibarət olmamalıdır, – ikincisi, biz cəmiyyətə fikrimizcə, çox yoxlanılmış və çox düzgün ismarıclar vermişik. Bu, öz təsirini göstərib. Bu, elə mövzudur ki, fürsətdən istifadə edib, hamıya cansağlığı arzu etmək istəyirəm. Ona görə ki, əlbəttə, bu iki il hamı üçün çox mürəkkəb olub. Kimlərinsə daha uğurlu sağalmasına baxmayaraq, təəssüf ki, kimlərinsə müalicəsi nisbətən uğursuz olur, insanlar vəfat edir. Bizdə də ölənlər olur. Çox ümid etmək istərdim ki, biz artıq bu bəlanın sonuna yaxınlaşırıq” – Birinci vitse-prezident bildirib.

Previous Post

Mehriban Əliyeva: “Azərbaycanda COVID-19-un son dalğası azalmaqdadır”

Next Post

Azərbaycan Prezidenti: “Rusiya ilə çox sıx işləyirik, Ukrayna ilə də münasibətlərimiz inkişaf edir”

Bənzər yazılar

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

09 Oktyabr 2026 - 15:16

Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir ki, davam edir. Təəssüf ki,...

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

09 Oktyabr 2026 - 13:34

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları...

Bakıda NATO-nun təlim kursu keçirilir

Bakıda NATO-nun təlim kursu keçirilir

09 Oktyabr 2026 - 12:13

Bakıda Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci...

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

08 Oktyabr 2026 - 15:53

Əgər Azərbaycan əsgəri atəş açmasaydı, biz onu həmin gün geri qaytarardıq. Elchi.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol...

Next Post
Azərbaycan Prezidenti: “Rusiya ilə çox sıx işləyirik, Ukrayna ilə də münasibətlərimiz inkişaf edir”

Azərbaycan Prezidenti: “Rusiya ilə çox sıx işləyirik, Ukrayna ilə də münasibətlərimiz inkişaf edir”

Azərbaycan Prezidenti: “Rusiya ilə çox sıx işləyirik, Ukrayna ilə də münasibətlərimiz inkişaf edir”

Azərbaycan Prezidenti: “Rusiya ilə çox sıx işləyirik, Ukrayna ilə də münasibətlərimiz inkişaf edir”

Son xəbərlər

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

10 Oktyabr 2026 - 11:41
Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

10 Oktyabr 2026 - 11:27
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

10 Oktyabr 2026 - 11:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.