Medvedevdən Reçana CAVAB

95

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moldovanın baş naziri Dorin Reçenin Vladimir Putin və digər Rusiya rəsmilərinin bu respublikaya girişinə qadağa qoyulması ilə bağlı bəyanatını şərh edib.

Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Medvedev bu barədə Teleqram kanalında yazıb.

“Birincisi, indi ora (Moldovaya) heç kim getmir. İkincisi, artıq belə bir ölkə yoxdur. Yerli rəislər onu Rumıniyaya satıb, öz vətənlərinə satqın olublar”.

Rusiyalı siyasətçi əmindir ki, onlarla nə isə danışmağın mənası yoxdur:

“Qoy xalq onlarla məşğul olsun. Və nəhayət, onların kim olduğuna qərar versin – moldovalı, yoxsa rumın”, – deyə Medvedev qeyd edib.

Yeganə