Medvedev: “Ukrayna “Koreya ssenarisi” üçün sınaqdan keçirilir”

87

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Ukrayna hakimiyyəti ölkənin bölünməsinə hazır olmaq üçün ictimai rəyi yoxlayır.

Elchi.az Smotrim.ru-ya istinadən xəbər verir ki, o, Vyetnama səfəri zamanı fikirlərini jurnalistlərlə bölüşüb.

Eyni zamanda, Medvedev Koreyanın 38-ci paralel boyunca Şimali və Cənuba bölünməsi ilə bənzətmə aparıb. Bu ölkələr arasında hərbisizləşdirilmiş zona yaradılıb.

Medvedevin fikrincə, Qərbin Ukrayna üçün hazırladığı “Koreya ssenarisi” “Xreşçatık və qərb vilayətləri ilə bağlı bölmə”dən daha yaxşıdır.

Medvedev həmçinin Ukraynadakı münaqişənin onilliklər davam edə biləcəyi fikrini bildirib.

Yeganə