"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

“Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə” adlı tədbir keçirilib

21 İyul 2025 - 22:35
in MƏDƏNİYYƏT

"Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

FacebookVatsap

Bunu da oxuyun

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib

“Qərbi Azərbaycandan köçlər. Mühacirlər, xatirələr, sənədlər” kitabı təqdim olundu – FOTO

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş “Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə” adlı tədbir keçirilib.

Elchi.az xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mediamıza diqqət və qayğısını əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Azərbaycan mətbuatının inkişaf yoluna nəzər salan nazir qeyd edib ki, böyük maarifçi, mütəfəkkir Həsən bəy Zərdabinin səyləri ilə 150 il öncə nəşrə başlayan “Əkinçi” qəzeti milli mətbuatımızın inkişafında müstəsna rol oynayıb. Ötən dövr ərzində mətbuatımız mədəniyyətimizlə birgə yol gəlib, onun üçün əsas təbliğat vasitələrindən olub.

Bildirilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə mətbuatımızın inkişafına yüksək diqqət və qayğı göstərib. Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də kütləvi informasiya vasitələrimizi daim öz qayğısı ilə əhatə edib. Media qurumlarının maddi-texniki təchizatı möhkəmləndirilib, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Dövlət başçısı tərəfindən milli mətbuatımızın 150 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalanması da mətbuat salnaməmizə yüksək diqqətin təzahürüdür.

Nazir deyib ki, şanlı Zəfərlə başa çatan Vətən müharibəsi zamanı və sonrakı mərhələdə Azərbaycan mediası üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlib. Bu, xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Bildirilib ki, media qurumları hazırda mədəniyyətimizin təbliğində mühüm rol oynayır: “Qədim və zəngin mədəniyyətimizin geniş auditoriyaya çatdırılmasında media və mətbuatımızın fəaliyyətini yüksək qiymətləndiririk. İnanırıq ki, kütləvi informasiya vasitələri bundan sonra da mədəniyyətimizin inkişafını diqqətdə saxlayacaq”.

Adil Kərimli çıxışının sonunda media təmsilçilərini Milli Mətbuat Günü Münasibətilə bir daha təbrik edib, cansağlığı, ailə səadəti və yaradıcılıq uğurları arzulayıb.
Daha sonra tədbir viktorina şəklində davam edib. Media nümayəndələri və tədbir iştirakçıları komanda olaraq, eləcə də fərdi şəkildə sualları cavablandırıblar. Qaliblərə hədiyyələr təqdim olunub.

Sonda Beynəlxalq Muğam Mərkəzi nəzdində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova) ifasında konsert proqramı təqdim edilib.

 

 

 

 

 

 

 
Previous Post

NATO Baş katibi alyans ölkələrini Ukrayna üçün daha çox ABŞ silahı almağa çağırıb

Next Post

Türkiyə və İranın XİN başçıları Suriya və Qəzzanı müzakirə ediblər

Bənzər yazılar

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

18 İyul 2026 - 13:00

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdə Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. Elchi.az...

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib

17 İyul 2026 - 18:55

Bu gün Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi olub....

“Qərbi Azərbaycandan köçlər. Mühacirlər, xatirələr, sənədlər” kitabı təqdim olundu – FOTO

“Qərbi Azərbaycandan köçlər. Mühacirlər, xatirələr, sənədlər” kitabı təqdim olundu – FOTO

16 İyul 2026 - 17:11

Bu gün tədqiqatçı və jurnalist, tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhmədin "Qərbi Azərbaycandan köçlər. Mühacirlər, xatirələr, sənədlər" adlı kitabının təqdimat...

Flora Kərimovanın səhhəti pisləşdi

Flora Kərimovanın səhhəti pisləşdi

16 İyul 2026 - 12:46

Bu gün səhər saatlarında xalq artisti Flora Kərimovanın səhhəti pisləşib. Elchi.az Axşam.az-a istinadla xəbər verir ki, müğənni üçün Təcili Tibbi...

Next Post

Türkiyə və İranın XİN başçıları Suriya və Qəzzanı müzakirə ediblər

Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana səfər edib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49
Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

20 İyul 2026 - 23:47
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

20 İyul 2026 - 23:45
Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

20 İyul 2026 - 23:43
Yeni Dehlidə polis və nümayişçilər arasında toqquşma baş verib

Yeni Dehlidə polis və nümayişçilər arasında toqquşma baş verib

20 İyul 2026 - 23:41
Cevdet Yılmaz: Kipr heç vaxt yunan adası olmayacaq

Cevdet Yılmaz: Kipr heç vaxt yunan adası olmayacaq

20 İyul 2026 - 20:48
İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

20 İyul 2026 - 20:44
Barro: Fransız diplomatlar İranda əsassız olaraq saxlanılıbz

Barro: Fransız diplomatlar İranda əsassız olaraq saxlanılıbz

20 İyul 2026 - 20:42
Qazaxda ata və qızı göldə batıb

Qazaxda ata və qızı göldə batıb

20 İyul 2026 - 20:30
Endi Bernem baş nazir vəzifəsində ilk zəngini Donald Trampa edib

Endi Bernem baş nazir vəzifəsində ilk zəngini Donald Trampa edib

20 İyul 2026 - 20:28
ISNA: ABŞ ordusu Şirazı bombalayıb

ISNA: ABŞ ordusu Şirazı bombalayıb

20 İyul 2026 - 20:26
MN-in Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

MN-in Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

20 İyul 2026 - 19:29
Çexiyada uşaq təhsil müəssisələrində mobil telefonlar qadağan edilib

Çexiyada uşaq təhsil müəssisələrində mobil telefonlar qadağan edilib

20 İyul 2026 - 19:19
Sumqayıtda evdən məişət əşyaları oğurlayan şəxslər saxlanıldı

Sumqayıtda evdən məişət əşyaları oğurlayan şəxslər saxlanıldı

20 İyul 2026 - 19:07
DİN və MEDİA-dan xəbərdarlıq: Özəlləşdirmə çekləri ilə bağlı məlumatlar saxtadır

DİN və MEDİA-dan xəbərdarlıq: Özəlləşdirmə çekləri ilə bağlı məlumatlar saxtadır

20 İyul 2026 - 18:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.