Maykl Ceksonun qızı atasını təbrik etmədiyi üçün hədələndi

123

Amerikalı müğənni Maykl Ceksonun qızı Paris sosial şəbəkələrdə atasını ad günü münasibətilə təbrik etmədiyi üçün təhdidlər almağa başlayıb. Elchi.az xəbər verir ki, bu barədə “TMZ” məlumat yayıb.

Estrada ulduzunun varisi avqustun 29-da, sənətçinin 65 illik yubileyi günündə öz səhifəsində bu mövzuda yazı dərc edib.

“Bu gün atamın ad günüdür. Sağ ikən ad gününü qeyd edənlərə nifrət edirdi, ona “doğum günün mübarək” deyənlərə, bunu qeyd edənlərə və buna bənzər şeylərə nifrət edirdi. Ad gününündə onun üçün ziyafət təşkil etməyimizi istəmirdi”, – deyə məşhurun ​​qızı yazıb.

Bu paylaşım fanatların sərt reaksiyasına səbəb olub. Ceksona bu şəkildə xərac vermədiyini bildirdilər.

Havar Şəfiyeva