Mask Tvitteri aldıqdan sonra sərvətini itirir

63

Tvitterin satın alınması Teslanın işlərinə və İlon Maskın sərvətinə mənfi təsir göstərib.
Elchi.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Sosial şəbəkənin alınması ilə bağlı ilk xəbərlər ortaya çıxdıqdan sonra Teslanın səhmləri düşməyə başladı, Mask da öz sərvətinin 70 milyard dollarını itirib.
Maskın sərvəti hazırda 194,8 milyard dollardır. İnvestorlar Maskın bütün diqqətini Tvitterə cəmləməsindən və elektrik avtomobil biznesinə laqeyd yanaşmasından narahatdırlar. Onlar düşünür ki, bu laqeydlik fəlakətli ola bilər”, – məlumatda deyilir.