Sahibkar Elon Mask yaxın illərdə süni intellektin insanlardan daha ağıllı olacağını proqnozlaşdırıb. Elchi.az xəbər verir ki, Mask bunu X sosial şəbəkəsində qeyd edib.
Tesla və ‘‘SpaceX‘‘-in rəhbəri futuroloq Raymond Kurzweil-in bloqqer Co Roqana müsahibəsindən video fraqment paylaşıb və orada qeyd edib ki, 2029-cu ilə qədər süni intellekt istənilən insanın intellekt səviyyəsinə çatacaq. Mask, bu zamana qədər süni intellektin planetdəki bütün insanların birləşdiyindən daha ağıllı olacağını söyləyib.
Süni intellektin üstünlüyünü qiymətləndirən Elon Musk qeyd edib ki, 2024-cü ildə süni intellekt çox güman ki, dünyada hər hansı bir insandan daha ağıllı olacaq.
Havar Şəfiyeva