Rusiya Finlandiyaya qarşı miqrasiyadan silah kimi istifadə etdi. Elchi.az xəbər verir ki, Respublikanın baş naziri Petteri Orpo Moskvanı bunda ittiham edib. Bu barədə məlumatı ‘‘Reuters‘‘ yayıb.
Baş nazirin sözlərinə görə, bu cür hərəkətlər yolverilməzdir. Siyasətçi onu da vurğulayıb ki, bu baxımdan Avropa İttifaqı öz müdafiəsinin qayğısına qalmalıdır.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin Finlandiya ilə sərhəddə dağıdıcı sistemlərin quraşdırıldığını açıqlayıb.
Havar Şəfiyeva