"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Masallıda qəhrəman şəhidlərimzin adına ehsanat verildi – Şəhid ailələri və qazilərlə görüş

18 Sentyabr 2022 - 17:45
in CƏMİYYƏT
FacebookVatsap

Dünən Masallı rayonu, Türkoba kəndində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın adına ehsan süfrəsi açıldı.

Bunu da oxuyun

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Diqqət! Bakıda bu yollar bağlıdır

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Səxavəddin Sadıqovun təşəbbüsü və təşkilatçılığı ilə baş tutan məclisdə Masallı rayonunda yaşayan şəhid ailələri və qazilərlə yanaşı, rayon icra hakimiyyətinin başçısı, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, ziyalılar və ictimai xadimlər iştirak edirdilər. Qonaqlar arasında ətraf rayonlardan – Lənkəran, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad və Astara rayonlarından da təşrif buyurmuşdular.

Şəhidlərimizin fotoşəkilləri asılmış stendlərin önündə gül çələngləri qoyulduqdan və onların ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra məclis Dövlət Himnizimizn səslənməsi ilə başladı. Himn səsləndikdən sonra sonra tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov açdı. Şəhid və qazi ailələrinə Cənab Prezidentimizin xüsusi diqətini çatdıran başçı qeyd etdi ki, əldə etdilmiş bütün nailiyyətlərimizə görə Cənab Ali Baş Komandan İlham Əliyevə minnətdar olmalıyıq:

“Son illər ərzində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ölkə rəhbərinin çoxsaylı görüşləri olub. bunu xüsusilə qeyd etmək istəyirəm ki, müharibədən əvvəl hər dəfə görüşlər zamanı Prezidentimiz vurğulayırdı ki, biz nəyin bahasına olursa-olsun, öz torpaqlarımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq və belə də oldu. Cənab Prezident İlham Əliyev itirilmiş ərazilərimizi bərpa edərək tarixi ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarımızı qaytardı və şəhidlərimizin qisasını aldı. Bu gün açıq deyə bilərik ki, İkinci Qarabağ müharibəsindəki, Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir.”

Bu günə qədər dövlət siyasəti olaraq şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlərin görülməsindən danışan icra başçısı Araz Əhmədov bildirdi ki, bu sahədə Azərbaycan dünya miqyasında nümunəvi ölkə sayıla bilər. Daha sonra icra başçısı şəhidlərin adına verilən ehsanatın Tanrı yanında qəbul edilməsini arzulayaraq bir daha məclisə təşrif buyuran şəhid və qazi ailələrinə minnətdarlığını bildirdi.

Tədbirin həyata keçirilməsində əməyi və xüsusui zəhməti olan 1-ci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik Səxavəddin Sadıqov isə çıxışında şəhid valideynlərini və qaziləri salamlayaraq onların qəhrəmanlıqlarından və Azərbaycan tarixinə verdiyi töhfələrindən danışdı.

Dövlətin hər bir şəhid ailəsinin yanında olduğunu bildirən Səxavəddin Sadıqov buna görə ölkə rəhbəri, Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O, Heydər Əliyevlə bağlı maraqlı açıqlama verərək, çoxlarının marağına səbəb olacaq bir vətənpərvərlik əhvalatını danışdı:

“Ulu öndərimiz Heydər Əliyev ilk olaraq bizlərə, xüsusən də hərbçilərə vətəni sevməyi öyrətdi, sonra Qarabağ uğrunda necə döyüşüb torpaqlarımızı işğaldan azad etdməyin yollarını. Yəqin xatırlayırsınız, o zamanlar rəhmətlik Heydər Əliyev tərəfindən qardaş Türkiyəyə hərb elmini öyrənməyə zabitlər göndərilirdi.

Bir dəfə yüksək ali təhsil almış zabitlərdən biri mənə dedi ki, biz Türkiyədə tələbə olanda ulu öndər Heydər Əliyev bizimlə maraqlanmağa gəlmişdi, hərbi təhsil alan bütün hərbçilərə üzünü tutub dedi ki, mən sizi buraya silah və sursatla rəftar qaydalarını öyrənməyə göndərməmişəm, sizi bura ona görə göndərmişəm ki, ilk olaraq Vətəni sevməyi öyrənin. Bunu öyrənəndən sonra bütün silahları mənimsəyəcəksiniz və bundan sonra torpaqlarımızı işğaldan azad etməyi bacaracaqsınız”.

Polkovnik Səxavəddin Sadıqov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğal olunmuş torpaqlarımızı necə və hansı əziyyətlər hesabına azad etməsindən qürurla danışdı:

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tarixə qızıl hərflərlə yazılıb. Baxın, torpaqlarımızın işğaldan azad olunmasının təməlini Ulu Öndərmiz rəhmətlik Heydər Əliyev qoydi. Onun siyasətinin layiqli davamçısı cənab Ali Baş Komandan İlham Əliyev isə həyata keçirdi və tarixi ədaləti, hüququ bərpa etdi.
Cənab Ali Baş Komandan İlham Əliyev həm diplomat kimi dünya ilə döyüşdü, həm Ali Baş Komandan kimi hərbi əməliyyatlara rəhbərlik edib düşməni döyüş meydanında darmadağın elədi. Errmənistanın maraqlarını müdafiə edən bəzi dövlətlərin diplomatiyasını da dünyanın ən aparıcı efir məkanlarından, Avropanın və qərbin tribunalrından elə dünyanın gözü qarşısında darmadağın etdi… Prezidentimizin rəhbərliyi altında qazanılan qələbələr, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Bu gün xalqımız ölkə rəhbərimizin qətiyyəti, uzaqgörən siyasəti, ordumuzun güc-qüdrəti ilə nail olunan zəfər sevincini yaşayır. Uzun illərdən bəri dərin intizarla gözlədiyimiz bu Qələbə, eyni zamanda, Azərbaycanın erməni işğalçıları tərəfindən pozulan ərazi bütövlüyünün bərpasının təsdiqidir. 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi, düşmən üzərində qələbəmizi təmin edən tarixi zəfərimiz bir daha sübut etdi ki, Azərbaycanda Prezident, Xalq, Ordu birliyi dünya dövlətləri və xalqlaraına bir nümunədir”.

Tədbir çərçivəsində daha sonra hərbi vətənpər ruhlu şerlər səsləndirildi və qəhrəman şəhidlərimizin adına ehsanat verildi.

Previous Post

Masallıda qəhrəman şəhidlərimzin adına ehsanat verildi – Şəhid ailələri və qazilərlə görüş

Next Post

Son sutkada yoluxanların sayı AÇIQLANDI

Bənzər yazılar

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

13 Sentyabr 2026 - 12:35

Sentyabrın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında cənub küləyi...

Diqqət! Bakıda bu yollar bağlıdır

Diqqət! Bakıda bu yollar bağlıdır

13 Sentyabr 2026 - 10:21

Təmir işləri ilə əlaqədar paytaxtın Xətai rayonunda 3 ünvanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur. Elchi.az xəbər verir ki, bu...

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

13 Sentyabr 2026 - 10:00

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Elchi.az xəbər verir ki, bu...

Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32

16 sentyabr saat 11:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş...

Next Post
Son sutkada yoluxanların sayı AÇIQLANDI

Son sutkada yoluxanların sayı AÇIQLANDI

Türk ordusu şəhid verdi

Türk ordusu şəhid verdi

Son xəbərlər

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

13 Sentyabr 2026 - 12:51
Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

13 Sentyabr 2026 - 12:35
“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

13 Sentyabr 2026 - 11:00
Diqqət! Bakıda bu yollar bağlıdır

Diqqət! Bakıda bu yollar bağlıdır

13 Sentyabr 2026 - 10:21
Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

13 Sentyabr 2026 - 10:00
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.