Masallı sakini əmisi oğlu olan iki qardaşı bıçaqlayıb, qardaşlardan biri ölüb

🗓 20.08.2014 12:43 ✍️ "Elçi" qəzeti
Masallıda qətl hadisəsi baş verib.Bichaqlama-1
 

Masallı Rayon Prokurorluğunun müstəntiqi Elmar Əhmədlinin APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə ötən gecə saat 23.00 radələrində rayonun Xırmandalı kəndində qeydə alınıb.

 Kənd sakini, 1987-ci il təvəllüdlü Ramal Şirməmməd oğlu Muradov şəxsi münaqişə zəminində əmisi oğlanları - 1988-ci il təvəllüdlü Zəbulla və 1991-ci il təvəllüdlü Samin Əmirzadə oğlu Muradov qardaşlarına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

 Xəstəxanaya yerləşdirilmiş Z. Muradovu xilas etmək mümkün olmayıb. S. Muradovun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

 Hadisəni törətmiş R. Muradov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

 Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır

Bənzər yazılar