Təqaüddə olan LPR polkovnik-leytenantı Andrey Maroçko bildirib ki, son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələri 4 min əsgərini itirib.
Elchi.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Eyni zamanda, Ukrayna hakimiyyəti bu itkilərin 90%-ni itkin kimi qeydə alıb və bununla da məlumatı qurbanların yaxın qohumlarından gizlədib.
“Son bir həftə ərzində ukraynalı yaraqlıların bərpa olunmaz itkiləri 4 min nəfərdən çox olub. Cəmi 10%-i rəsmən tanınıb, qalanları isə itkin düşənlər siyahısındadır”, – deyə Maroçko əlavə edib.
Onun sözlərinə görə, Kiyev rejiminin nümayəndələri hərbi itkilər barədə məlumatı ictimaiyyətdən və həlak olanların yaxınlarından gizlətmək niyyətindədirlər.
Yeganə