Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna axtarışlar davam edir.
Sportpress.az xəbər verir ki, AFFA nümayəndələri bir neçə məşqçiylə ilkin görüşlər keçirib və şərtlərini açıqlayıb. Namizədlərlə növbəti görüşlər gələn həftəyə planlaşdırılır. Artıq çoxlu sayda namizədin olduğu siyahıda diqqət konkret olaraq 3 məşqçiyə yönəlib. Indi əcnəbilərdən millimizdə işləyəcəkləri təqdirdə Azərbaycanda yaşaya biləcəkləriylə bağlı müsbət cavab gözlənilir. Bu halda onlarda yekun mərhələ – maliyyə məsələsinin danışqları başlanılacaq.
Saytın əldə etdiyi məlumata əsasən, Avropada yaşayan menecerlərdən biri AFFA-ya argentinalı ulduz Dieqo Maradonanın namizədliyini təklif edib. Amma Maradonanın şəxsi meneceri Azərbaycandan gələn təklifi müzakirə etmədən rədd edib.
Sonradan AFFA nümayəndələri də Dieqonun məşqçi kimi o qədər təcrübəli olmadığını əsas gətirərək argentinalının namizədliyi ətrafında söhbətləri dayandırıb.
Hazırda Azərbaycan millisinin baş məşqçi postuna ən real namizədlər Almaniya, İtaliya və Fransadandır. Son qərar gələn ay veriləcək.