"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Manatın məzənnəsi ilə bağlı proqnoz: “…dəyişikliklər olacaq”

10 Aprel 2018 - 16:49
in İQTİSADİYYAT
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan nefti ucuzlaşdı

Türkiyəyə ən çox qaz tədarük edən ölkələrin siyahısı

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndəriləcək

Son günlər dünya bazarlarında dolların məzənnəsinin möhkəmlənməsi müşahidə olunur.  Azərbaycanda da insanlar növbəti devalvasiya dalğasının yaşanacağından narahatdırlar.
Dünyada baş verən iqtisadi proseslər Azərbaycan manatına necə təsir edəcək?
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Modern.az-a açıqlama verib.
Deputat 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyaları nəticəsində 2015-2016-cı illərdə manatın məzənnəsinin 2 dəfə aşağı düşdüyünü xatırladıb:
“2017-ci ildə isə manat 4 faiz bahalaşdı. Bu il milli valyutamız 1 dollar – 1,7 manat ətrafında nisbi sabitliyini saxlayır. Manat sözün həqiqi mənasında “üzən məzənnə”yə keçmədiyindən və hazırda onun məzənnəsi real kursa uyğun olmadığından, belə şəraitdə məzənnəni dəqiq proqnozlaşdırmaq mümkünsüzdür. Manat bazar iqtisadiyyatının fundamental prinsiplərinə əsaslanan “üzən məzənnə”rejiminə tam keçəndə, yəni milli valyutanın – manatın məzənnəsi bazarda valyutaya olan real tələb-təklif əsasında formalaşanda, təbii ki, manatın məzənnəsində müəyyən qalxıb-enmələrlə müşayiət olunan dəyişikliklər olacaq. Amma hazırda manatın məzənnəsinə daha çox təsir edən amillərdən olan neftin qiyməti 2018-ci ilin rəsmi hökumət proqnozlarından (1barrel- 45 dollar götürülüb) xeyli yuxarı olmaqla, həm də ötən ilin müvafiq dövrü ilə müqayisdə 25 faiz yüksəkdir. Bunun hesabına ödəniş balansında və xarici ticatət balansında profisit artır. Bu amillər manata müsbət təsir göstərir”.
Əli Məsimli bildirib ki, son vaxtlar Rusiyaya təpkilər daha da gücləndiyindən, bu hal onun milli valyutası rubla da təsir edir və rubl yenidən dəyər itirməyə başlayıb: “Rusiya Azərbaycanın əsas ticarət partnyorlarından olduğundan rublun dəyər itirməsi dolayısı manata da müəyyən təsir edə bilər. Amma bu, xeyli dərəcədə rublun dəyər itirməsinin dərəcəsindən və nə qədər müddət davam edəcəyindən asılı olacaq. İki nəhəng ölkə- ABŞ və Çin arasında total ticarət müharibəsi dünya iqtisadiyyatını yeni böhrana sürükləyə bilər. Çin milli valyutasını devalvasiya etsə, bunu ticarət əlaqələrində Çinin payı böyük olan bütün ölkələr, o cümlədən Azərbaycan da müəyyən dərəcədə hiss edə bilər. Ona görə də böyük ehtimalla tərəflər ümumi dil tapıb hələ ki “ticarət atışması” səviyyəsində olan qarşıdurmanın qlobal ticarət müharibəsinə çevrilməsinə imkan verməyəcəklər. Beləliklə, valyuta məzənnəsi və ya başqa yöndə bu qarşıdurmanın Azərbaycana birbaşa götürdükdə elə bir təsiri olmayacaq.
Ona görə də qeyri-adi bir şey baş verməsə, neftin qiymətinin artması və ödəniş balansında profisitin çoxalması kimi amillər yaxın vaxtlarda manatın zəifləməsi üçün fundamental faktları istisna edir və deməli nisbi sabitliyi saxlama ehtimalını artırır. Bununla belə Mərkəzi Bankın sədri bildirib ki, “biz məzənnənin çevikliyini artırmaq istəyirik”. Mərkəzi Bank manatın məzənnənin çevikliyini necə artıracaq və çeviklik artanda bu, son aylar formalaşmış məzənnəyə (1dollar = 1,7 manat) necə təsir edəcək, bunu zaman göstərər”.
Previous Post

Manatın məzənnəsi ilə bağlı proqnoz: “…dəyişikliklər olacaq”

Next Post

Evlərə dövlət reyestrindən çıxarış BİR GÜNƏ VERİLƏCƏK – Əhaliyə şad xəbər

Bənzər yazılar

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

15 Avqust 2026 - 10:18

Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb. Elchi.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1.42 dollar və ya...

Təbii qazın dəyəri azaldı

Türkiyəyə ən çox qaz tədarük edən ölkələrin siyahısı

14 Avqust 2026 - 19:28

2026-cı ilin iyun ayında Türkiyəyə boru kəmərləri vasitəsilə təbii qaz tədarük edən ölkələr arasında Azərbaycan birinci olub. Elchi.az xəbər verir...

ADY-də kükürd daşımaları 31%-dən çox artıb

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndəriləcək

14 Avqust 2026 - 19:17

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Elchi.az xəbər verir ki, 8 vaqondan ibarət, çəkisi 560 ton olan buğda...

AYNA yeni ekspres avtobusları ilə bağlı açıqlama yaydı

AYNA: Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

14 Avqust 2026 - 18:51

9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib. AYNA-dan Elchi.az-a verilən məlumata görə, Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən...

Next Post
Evlərə dövlət reyestrindən çıxarış BİR GÜNƏ VERİLƏCƏK – Əhaliyə şad xəbər

Evlərə dövlət reyestrindən çıxarış BİR GÜNƏ VERİLƏCƏK - Əhaliyə şad xəbər

Evlərə dövlət reyestrindən çıxarış BİR GÜNƏ VERİLƏCƏK – Əhaliyə şad xəbər

Evlərə dövlət reyestrindən çıxarış BİR GÜNƏ VERİLƏCƏK - Əhaliyə şad xəbər

Son xəbərlər

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00
Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

15 Avqust 2026 - 16:13
İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

15 Avqust 2026 - 15:51
Binəqədidə idman zalından oğurluq edən şəxslər saxlanıldı

Mağazadan oğurluq edən şəxs saxlanıldı

15 Avqust 2026 - 15:34
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

15 Avqust 2026 - 15:18
“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

15 Avqust 2026 - 14:46
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

15 Avqust 2026 - 14:29
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10
Ferran Torres PSJ-də

Ferran Torres PSJ-də

15 Avqust 2026 - 13:51
İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

15 Avqust 2026 - 13:25
Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

15 Avqust 2026 - 13:09
Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

15 Avqust 2026 - 12:55
Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

15 Avqust 2026 - 12:38
Bakıda külək əsir, bir sıra rayonlarda yağış yağır – FAKTİKİ HAVA

Bakıda külək əsir, bir sıra rayonlarda yağış yağır – FAKTİKİ HAVA

15 Avqust 2026 - 12:10
İmişlidə 10 kiloqram narkotik vasitə aşkarlandı

İmişlidə 10 kiloqram narkotik vasitə aşkarlandı

15 Avqust 2026 - 11:50
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.