"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Manatı gücləndirən səbəblər…

15 Oktyabr 2016 - 08:59
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Manatı gücləndirən səbəblər...Ekspertlər təkrar eniş olacağından da narahatdır

Son günlər manatın cüzi də olsa bahalaşması müşahidə edilir. Manatın məzənnəsinin artırılmasının neçə müddət davam edəcəyi ekspertlər tərəfindən müxtəlif müddətdə ölçülür. Həmçinin bildirilir ki, yaxın gələcəkdə manatın növbəti ucuzlaşma ehtimalları makroiqtisadi göstəricilər sisteminə mənfi təsir göstərəcək. 
Professor Elşad Məmmədov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, son həftələr ərzində valyuta bazarında müşahidə olunan manatın məzənnəsinin möhkəmlənməsi  tendensiyası ilk növbədə Neft Fondu tərəfindən Beynəlxalq  Bankda bir milyard dollarlıq depozitin yerləşdirilməsi ilə  bağlıdır: “Bu vəsaitin ölkə miqyası üçün çox böyük olması  sözsüz ki, maliyyə bazarına təsir etməyə  bilməzdi. Məlumdur ki, bundan öncədə hökumətin Beynəlxalq Banka dəstək  məqsədilə ciddi addımları olub. Ancaq əvvəllər həmin dəstək əsasən manatla ifadə olunurdu. Lakin Beynəlxalq Bankın dollarda ifadə olunan öhdəliklərinin kritik həddə olmasını nəzərə alan hökumət bu bankda iri məbləğdə dollar depozitinin yerləşdirilməsi kimi məcburi addıma getdi. Düşünürəm ki, ümumiyyətlə, Beynəlxalq Bankla bağlı vəziyyətin bank-maliyyə sektoruna sarsıdıcı təsirini hələ uzun müddət ölkə iqtisadiyyatı həzm edə bilməyəcək. Buna görə də bu bankın gələcəyi ilə bağlı bankın fəaliyyətinə aidiyyəti olan bütün subyektlərin maksimum mümkün şəkildə maraqlarının nəzərə alınması şərti ilə optimal, eyni zamanda prinsipial qərarların qəbulu zəruridir”.
Ekspert yerləşdirilən depozitə diqqət çəkərək vurğulayıb ki, onun yerləşdirilməsinin valyuta  bazarına təsiri bank sektorunda, o cümlədən risk-menecment, marketinq və iqtisadi təhlil mexanizmləri ilə bağlı mövcud olmuş problemlərin milli valyutanın məzənnəsinin, inflyasiyanın və bütövlükdə makroiqtisadi göstəricilərin formalaşmasında nə dərəcədə böyük rol oynadığını bir  daha sübut edir: “Bütün bunlarla yanaşı, Neft  Fondu tərəfindən həmin depozitin yerləşdirilməsi səbəbinə görə  valyuta  bazarında müşahidə olunan hazırkı dinamika monetar siyasət subyektlərinin tələb-təklif nisbətinə əsasən formalaşan proses kimi deyil, ciddi maliyyə problemləri olan sistem formalaşdıran banka həcmi  böyük də olsa, məhdud  və müvəqqəti dövlət dəstəyi amilinin nəticəsi kimi qəbul  edilməlidir. Hazırkı şəraitdə makroiqtisadi inkişaf baxımından faydalı hesab olunan milli valyutanın məzənnəsinin  möhkəmləndirilməsi üçün isə daha dayanıqlı, fundamental amillərin meydana çıxması zəruridir. Bu amillər ölkənin Tədiyyə Balansının formalaşdırılmasında həlledici xüsusi  çəkiyə malik olan idxal, idxal və kapital axını göstəriciləri ilə bağlıdır. İxraca gəldikdə, nəzərə almaq lazımdır ki, reallıqda  hələ uzun müddət ixrac faktoru kimi nefti nəinki əvəz edə biləcək. Hətta hazırkı neftin yüksək olmayan qiymətləri çərçivəsində onun ümumi ixrac göstəricilərinə təsirinin 20 faizini belə təşkil edə biləcək digər əmtəə və xidmət növü ölkədə olmayacaq. Belə olan halda, mühüm məqsəd, zənnimcə,  idxalın adekvat şəkildə əvəz olunmasından, yerli qeyri-neft sektorunun ilk növbədə daxili bazarın qorunması və təmin olunmasına yönəldilməsindən ibarətdir. Digər strateji istiqamət isə sözsüz ki, kapital axınının qarşısının alınması ilə bağlıdır. Məsələnin strateji əhəmiyyətini nəzərə alaraq, kapital axınının  qarşısının alınmasında hətta müəyyən inzibati mexanizmlərdən də istifadə etmək məqsədəuyğun hesab oluna bilər”.
 
E.Məmmədov hesab edir ki, milli valyutanın məzənnəsinin qorunması üçün prioritet məsələlər az deyil:“Ölkədə rəqabət mühitinin və milli istehsal sistemlərinin dayanıqlı şəkildə formalaşdırılması hesabına daxili bazarın qorunması və əmtəə resursları ilə təmin edilməsi şərtləri ilə maksimum mümkün dərəcədə idxalın əvəz  olunması və ölkə üçün strateji əhəmiyyət kəsb edən layihələr istisna olmaqla, kapital axınının, o cümlədən həm portfel, həm digər növ investisiyaların ölkə xaricinə yönəlməsinin qarşısının alınması milli valyutanın məzənnəsinin qorunması üçün prioritet məsələlərdir. Çünki milli iqtisadiyyatın spesifikasını nəzərə aldıqda, növbəti devalvasiyanın ölkənin bank-maliyyə sektoruna və ümumilikdə makroiqtisadi göstəricilər sisteminə çox ciddi mənfi təsirinin olacağını əminliklə söyləmək olar”.
Previous Post

Manatı gücləndirən səbəblər…

Next Post

Akif Çovdarov içəridə özünü necə öldürə bilər?

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Akif Çovdarov içəridə özünü necə öldürə bilər?

Akif Çovdarov içəridə özünü necə öldürə bilər?

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.