Hərbi xidmətə çağırış adi qaydada yanvar ayına kimi keçiriləcək. Ukraynada keçirilən xüsusi əməliyyat fonunda bu, daha həcmli olacaq.
Elchi.az xəbər verir ki, Bunu Pravda.Ru-ya müsahibəsində hərbi Vəkillər Kollegiyasının nümayəndəsi Pavel Malyutin deyib.
O vurğulayıb ki, indi hərbi komissarlıqlar müstəsna olaraq hərbi xidmətə çağırışla məşğul olacaq, ona görə də Rusiyada qismən səfərbərlik başa çatıb.
Malyutin onu da qeyd edib ki, hərbi çağırışdan azad olunmaq, möhlət almaq və ya qeydiyyatdan çıxmaq hüququnu təsdiq edən zəruri sənədlərlə hərbi komissarlığa gəlmək lazımdır.
Şayəstə