Malta iyunda Fələstini tanıyacaq

🗓 26.05.2025 13:00 ✍️ "Elçi" qəzeti
Malta iyunda Fələstini tanıyacaq
Maltanın baş naziri Robert Abela ölkəsinin iyun ayında Fələstini rəsmi olaraq dövlət kimi tanıyacağını açıqlayıb. Elchi.az xəbər verir ki, Fələstin Xarici İşlər Nazirliyi bu qərarı alqışladıqlarını açıqlayıb. Vallettada İşçi Partiyasının tədbirində çıxış edən Baş nazir Abela, İsrailin Qəzzaya hücumlarına diqqət çəkərək qeyd edib: "Qəzzədəki qarşıdurmada 50 mindən çox insan həyatını itirdi. Biz bu insanlıq faciəsinə göz yuma bilmərik". Fələstini tanımaq qərarının mənəvi məsuliyyət olduğunu vurğulayan Abela, 45 illik müzakirələrdən sonra bu addımı atan ilk Malta hökumətinin onların hökuməti olacağını söylədi: "Körpələrin və uşaqların öldürülməsi, ailələrin ac qalması qəbuledilməzdir. Bunlar vəhşiliyin ən çirkin formalarıdır". Yeganə

Bənzər yazılar