Malayziyada neft tankerində yanğın: 3 ekipaj itkin düşüb

76

Malayziyanın cənub sahillərində neft tankerində yanğın baş verib. Ekipajdan 25-i xilas edilərkən, itkin düşən 3 ekipajın axtarışları davam edir.

Elchi.az İHA xəbər agentliyinə istinadən xəbər verir ki,Malayziyanın Cohor ştatında Tanjung Sedili dənizi yaxınlığında 28 ekipaj üzvü ilə Çindən Sinqapura gedən neft tankeri yanıb.

Əraziyə patrul kateri göndərilərkən tankerdən qatı tüstü qalxması muşahidə edilib. Malayziya Dəniz İcra Agentliyinin direktoru Nurul Hizam Zəkəriyyə verdiyi açıqlamada, “Gəmidə olan 23 ekipaj üzvü yaxınlıqdakı iki gəmi tərəfindən xilas edildi, digər 2-i biz xilas edə bildik. Lakin 3 ekipaj üzvü itkin düşüb. Zəkəriyyə axtarış-xilasetmə işlərinin davam etdiyini və itkin düşmüş heyətin tankeri tərk edərək dənizə atılıb-atılmamasının hələlik məlum olmadığını bildirib. Qonşu Sinqapurun dəniz rəsmiləri də itkin düşən 3 ekipaj üzvü üçün ətrafdakı gəmilərə xəbərdarlıq edildiyini bildiriblər.

 

Nuranə Məmmədova