Fransa Prezidenti Emmanuel Makronun Kiyevə səfəri ilə bağlı hələlik qərar verilməyib.
Elchi.az xəbər verir ki, bu barədə Fransa Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Oliviya Qrequar açıqlama verib.
“Emmanuel Makron həmişə Kiyevi zamanında ziyarət edəcəyini deyib. Hələlik qərar verilməyib”, – o bildirib.
Bundan əvvəl, Yelisey Sarayı Makronun bu həftə Kiyevə səfər edəcəyi barədə xəbəri təkzib etmişdi.