Fransa Prezidenti Emmanuel Makron TF1 telekanalına müsahibə verib.
Elchi.az “Vesti.ru”-ya istinadən xəbər verir ki, Makron müsahibəsində Ukrayna-Rusiya arasındakı münaqişələrə toxunub.
Makronun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra Avropanın yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasına ehtiyac yaranacaq.
“Biz sabahı necə yaşaya biləcəyimizi, müttəfiqlərimizi necə qoruyacağımızı düşünməliyik. Rusiyaya öz təhlükəsizliyinə zəmanət verməliyik”-, deyə Makron qeyd edib.
Fransa lideri Moskva ilə dialoqun davam etdirilməsinin vacibliyini dəfələrlə vurğulayıb.
Makron əmindir ki, tərəfləri dinc dialoqa və atəşkəsə çağırmaq lazımdır.
Yeganə