Fransa prezidenti Emmanuel Makron İran prezidenti Məsud Pezeşkianla telefon danışığında İranda həbsdə olan iki Fransa vətəndaşının azad edilməsinə çağırıb.
Elchi.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron sosial media hesabından İran prezidenti Məsud Pezeşkianla telefon danışığı ilə bağlı açıqlama verib. Makron, “Bu gün İran prezidenti ilə telefonla danışdım.
Söhbət zamanı vətəndaşlarımız Cecile Kohler və Jacques Parisin həbsinə son qoyulması, İranda heç bir təhlükəyə məruz qalmamalı olan vətəndaşlarımızın və obyektlərin mühafizəsi, regionda sülhün təmin edilməsi üçün imzalanan atəşkəsin möhkəmliyi, ballistik və nüvə silahları ilə bağlı məsələlərin müzakirəsinin davam etdirilməsi üçün masaya qayıtması ilə bağlı mesajlar verdim. Nüvə Silahlarının (NPT) və tam şəffaflığın təmin edilməsi üçün Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İranda işinin sürətlə bərpası. Yaxın günlərdə də bu məqsədlərə çatmaq üçün fəaliyyətimi davam etdirəcəyəm”.
Şayəstə Hüseynova


















