Fransa prezidenti Emmanuel Makron atəşkəs olacağı təqdirdə bir sıra ölkələrin Ukraynada hərbi mövcudluğunu təmin etməyə hazır olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.
O qeyd edib ki, “İstəklillər koalisiyası”nın 26 üzvü Ukraynaya qoşun göndərilməsində iştiraka hazır olduqlarını bildiriblər.
“Bu gün 26 ölkə rəsmi olaraq öhdəlik götürüb və daha bir neçə ölkə hələ də öz mövqeyini nəzərdən keçirir, lakin 26 ölkə atəşkəs və ya sülh əldə edildikdən dərhal sonra Ukrayna ərazisinin və Ukraynanın təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik qüvvəsi kimi Ukraynaya qoşun yeritmək və ya quruda, dənizdə və ya havada iştirak etmək öhdəliyini götürüb”.
Nuranə Məmmədova






















Son şərhlər