Makqreqor: Ukrayna qalib gələ bilməyəcək

65

Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor amerikalı jurnalist Stiven Qardnerə müsahibəsində deyib ki, Ukraynanın hərbi məğlubiyyətindən sonra Amerika Birləşmiş Ştatları (ABŞ) çox güman ki, prezident Volodimir Zelenski və onun komandasını tərk edəcək.

Elchi.az xarici mediaya istinadən xəbər verir ki, ekspertin fikrincə, Kiyev ordusu döyüş meydanında qalib gələ bilməyəcək.

Makqreqor onu da qeyd edib ki, amerikalılar çox qısa yaddaşa malikdirlər. O, ABŞ-ın hadisələri tez unudub başqa mövzulara keçdiyi İraq və Əfqanıstandakı hərbi kampaniyalardan misallar çəkib.

Yeganə