Dövlət borcu ilə bağlı müzakirələr davam edir.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenlə milli borcla bağlı danışıqlar məhsuldar olub, lakin hələ də razılıq əldə olunmayıb, bu açıqlama ilə Nümayəndələr Palatasının spikeri Kevin Makkarti çıxış edib.
“Bu gecənin tonu müzakirələrimizin hər hansı digər vaxtından daha yaxşı idi” Makkarti deyib.
İstənilən nəticəni əldə etmək üçün hər gün prezidentlə görüşməyə hazır olduğunu da vurğuladı və buna nail olacaqlarına əminliyini bildirdi. Bundan əlavə, o, müdafiə sənayesi üçün büdcənin azaldılmasının nəzərdə tutulmadığını bildirib.
Makkarti əlavə edib ki, o, Nümayəndələr Palatasına milli borc tavanını artırmaq üçün “heç vaxt” təklif etmək niyyətində deyil və onun fikrincə, qanunvericilər federal xərclərin “istiqamətini dəyişdirməlidirlər”.
Şayəstə Hüseynova