"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Mahrux Muradova haqqında bilmədiklərimiz-Feyruz Muradov yazır…

04 Avqust 2023 - 11:10
in MƏDƏNİYYƏT
FacebookVatsap

Mahrux Muradova 1943-cü ildə Ərdəbil şəhərində Mirzə Xəlil Muradov və Siddiqə xanım Hacı Qafar qızınını ailəsində dünyaya göz açıb. Ailədə dördüncü övlad olub. Mahruxun üç yaşı olarkən ailəsi İrandan Cənubi Azərbaycana mühacirət edib. Ailə bir neçə ay Cəlilabad rayonunda məskunlaşdıqdan sonra Səlyan rayonuna köçüb. Mahruxun uşaqlığı və yeniyetməlik çağı Salyan rayonunda keçib. O, 1949-cu ildə buradakı 4 saylı orta məktəbə daxil olub. Yeddinci sinfə kimi burada oxuyub. 1957-ci ildə atası Mirzə Xəlil Muradovun ailəsi o vaxtkı Əli Bayramlı şəhərinə köçüb. Mahrux da Əli Bayramlıdakı 2 saylı məktəbdə təhsilini davam etdirib. Lakin o təhsilini başa vura bilmir. Əslən Neftçala rayonunun Totanaməhlə kəndindən olan və işləmək üçün Əli Bayramlıya gəlmiş Ənvər Salmanov adlı gənc oğlan Mahruxu görüb onunla ailə qurmaq niyyətinə düşür. Ənvər qızı qaçırdır. Baxmayaraq ki , Mahrux o vaxt azyaşlı idi. Lakin ailəsi şikayət vermir və 1958-ci ildə Totanaməhlə kəndində toyları olur. Cəmi bir neçə ay sonra gənclər ƏliBayramlıda ikiotaqlı mənzil alaraq köçürlər. Onların ailələri 12 il davam edib. Bu nigahdan Mahruxun iki qız övladı dünyaya gəlir. Böyük qızı Məlahət və kiçiyi Vəcahət. Böyük qız psixi qusurlu doğulur. Bu da Mahruxa böyük sarsıntı yaradır. Kiçik qızını isə o çox sevir.

Bunu da oxuyun

Bakıda “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib – FOTO

Məleykə Əsədovanın 29 yaşlı bacısı qızı vəfat etdi

AZƏRBAYCANLI YAZAR EMİL NƏSİRLİ GÜRCÜSTAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ SEÇİLİB

Mahruxun böyük bacısı Rübabə Muradova hələ ailələri Salyan rayonunda yaşayarkən Bakıya getmiş və tanınan müğənni olmuşdu. Bakının mərkəzində iki otaq ev də almışdı. Böyük bacısının uğurları isə onu da ruhlandırırdı. Mahruxun da ürəyində müğənni olmaq arzusu var idi. Hərdən böyük bacısı onların evinə baş çəkəndə Mahrux öz istəyini Rübabəyə bildirirdi. Amma müsbət cavab ala bilmirdi. Rübabə xanım sənət barədə çox tələbkar idi. Nə öz qızlarına, nə də kiçik bacılarının heç birinin müğənni olmaq istəylərini dəstəkləmirdi. Səbəb nə idi? Səbəb o idi ki, Rübabə xanım onlarda müğənnlik potensialı görmürdü. Ona görə də onların istəklərinə qarşı çıxırdı ki, bu da yaxınları tərəfindən düzgün anlaşılmırdı. Mahrux Muradovanın ailəsində münaqişələr çoxalırdı. O ailəsindən ayrılmaq istəyirdi. Bu hallar onun atası Mirzə Xəlilin 1967-ci ildə vəfat etməsindən sonra daha da kəskinləşməyə başlandı. Nəticədə ailə dağıldı. O kiçik qızını özü ilə götürərək 1970-ci ildə Bakıya, böyük bacısının yanına getdi. Rübabə onun səsini, oxumasını dinlədi. Mahruxda müğənnilik potensialı olduğunu gördü və ona kömək edəcəyinə söz verdi. O bir müddət bacısının evində məskunlaşdı. 1971-ci ildə Ceyran Haşımovanın rəhbərlik etdiyi “Lalə” qızlar ansamblına üzv qəbul olundu. Azərbaycanın müxtəlif bölgələrinə səfərlər, televiziyada çıxışları bir-birini əvəz etməyə başladı. Onun oxuduğu xalq mahnıları, muğamlar, təsniflər və bəstəkar mahnıları onu dinləyiciləri arsında sevdirdi. Şübhəsiz ki, Rübabə Muradovanın kiçik bacısı olması ona qarşı maraqın artmasına səbəb olurdu.

Mahrux kiçik qızı ilə birlikdə bacısı evində daimi qala bilməzdi. Bu dəfə Əsli Nağıyeva adlı bir xanım Mahruxun xilaskarına çevrildi. Əsli Nağıyeva Rübabənin parəstişkarlarından biri idi. O Rübabənin bütün konsertlərini, operadakı çıxışlarını daim izləyirdi. Hər dəfə konsertlərdən sonra Rübabə ilə ünsiyyət qurmağa, yaxın olmağa can atırdı. R.Muradova Əsli xanıma hörmət göstərməyə başladı. Hər konsertdə onun mütləq tamaşaçılar arasında olacğına əmin idi. Tədricən onlar yaxın rəfiqəyə çevrildilər. Əsli onun evinə gedib-gəlməyə başlayaraq , Rübabənin yaxınlarından biri oldu.

Mahrux Bakıya gələndə bacısının evində Əslini tez-tez görürdü. Rübabə onları tanış etdi. Bir dəfə söhbətlərin birində Rübabə Əsliyə təklif etdi ki, Mahrux bir müddət onun evində qalsın. Çünki Rübabənin evi çox vaxt qonaqlı olurdu. Əsli razı oldu. Beləliklə, Mahrux bu qadının evinə köçdü. Lakin bu müvəqqəti köçmək olmadı. Həmişəlik oldu. Əsli Nağıyeva Bakının Balaxanı qəsəbəsində doğulub böyümüşdü. Azərbaycan Neft-Kimya İnstitunu bitirmişdi. Bakı yeyintə-sənaye texnikomunda direktor müavini işləyirdi. Səhhətində problemlə bağlı ailə həyatı qurmamışdı. Tək yaşayırdı. O, Mahruxa öz dogma qızı kimi münasibət göstərir və həyatını onsuz təsəvvür edə bilmirdi. Mahruxun qızını da öz doğması kimi qarşılayırdı. Xoşbəxtlik gələndə dalbadal gəlir. Mahruxun da üzünə xoşbəxtlik qapıları taybatay açılmışdı. “Lalə” qızlar ansamblının gitaraçısı Əliyev Şükür ona rəğbətini gizlətmirdi. Qastrollarda, konsertlərdə bir yerdə olurdular. Bir-birlərini yaxından tanıyırdılar. Günlərin birində Şükür evlilik təklif etdı. Mahrux razılıq verdi. Evliliyi qeyd etmək üçün şəhərin restoranlarının birində yığıncaq keçirdilər. Harada yaşayacaqlarını müzakirə etdikdə Şükür onun ata evinə getmələrini təklif etdi. Mahrux onun ata evində, darısqal şəraitdə yaşamaq istəmədiyini bildirdi. Əsli xanım isə Mahruxu yanından heç yana buraxmayacağını bəyan etdi. Xeyli müzakirələrdən sonra qərara aldılar ki, Əsli xanımı da tək qoymaq olmaz. O bu müddət ərzində Mahruxa necə öyrəşmişdisə onu yanından heç yana buraxmaq istəmirdi. Belə də oldu. Onlar Əsli xanımın yanında, onunla birlikdə yaşamağı qərara aldılar. Bu qərar hamını razı saldı. Onların evliliyi 1973-cü ildə başlandı və 2002-ci ilədək yəni Mahrux dünyasını dəyişdiyi günədək davam etdi. Onları demək olar ki, ancaq ölüm ayıra bildi.

Mahrux uzun illər populyar müğənni kimi fəaliyyət göstərdi. Yaxşı həyat qurmağa nail oldu. Qızını böyüdüb ərə verdi. Bütün bu uzun illər ərzində Şükür də Əsli xanım da onun yanında oldular. Yalnız həyatının son illərində Mahrux Muradova xəstəliyə tutuldu. Daha əvvəlki görkəmi də qalmamışdı. Toylara da gedə bilmirdi. Xəstəliyi ucbatından əzablı günlər yaşamalı oldu. Dövlətdən kömək istədi. Dövlət onun səsini eşitdı. Ona Prezident tərəfindən fərdi təqaüd təyin olundu. Lakin o bu təqaüdü qısa müddət ala bildi. 2002-ci ildə 59 yaşında dünyasını dəyişdi. Həyat yoldaşı Şükür o öləndən sonra Əsli xanımın evini tərk etdi. O Mahruxdan sonra bu evdə yaşamağını təsəvvür edə bilmirdi. Mahruxun ölümündən bir neçə ay sonra Şükür da dünyasını dəyişdi. Mahruxdan sonra onun həyatı mənasını itirmişdi.
Əsli Nağıyeva da Mahruxun ölümündən sonra tanınmaz olmuşdu. Sanki həyat eşqi Mahruxla bir çəkilib getmişdi. Mahruxun ölümündən il yarım sonra Əsli də dünyasını dəyişdi.

Birinci həyat yoldaşı Ənvər Salmanovla Mahrux bir daha görüşmədi. Ənvər başqa ailə qurdu. Övladları oldu. Mahruxla nigahdan olan xəstə qızı Məlahətin son günədək qayğısını çəkdi. Həmişə giley edirdi ki, Mahrux bir dəfə də olsa gəlib xəstə qızına baş çəkməyib. O haqlı idi. Ənvər Salmanov ölümünə yaxın Mahruxa xəbər göndərıb ki, son dəfə gəlib ona baş çəksin. Son dəfə onu görüb dünyadan getsin. Amma Mahrux getməyib. Bəlkə də belə etməklə günah iş görmüşdü. Ölənin son arzusunu yerinə yetirmək mütləq lazımdır. O hətta sənin düşmənin də olsa belə. O isə bunu etmədi. Kiçik bacısı Tahirə Mahrux dünyasını dəyişdikdən sonra deyirdi ki, onu xəstə qızının bir də ərinin qarğışı tutdu. Çünki o xəstə qızına heç vaxt baş çəkmədi. Əri ölümqabağı onu son dəfə görmək istəyən məqamda da onu gözüyolda qoydu.

Mahrux Muradova həyat yoldaşı Şükür Əliyevlə

Feyruz Muradov
Azərbaycan Jurnalistlər İttifaqının üzvü

Previous Post

Mahrux Muradova haqqında bilmədiklərimiz-Feyruz Muradov yazır…

Next Post

Bazum ABŞ-dan kömək istədi

Bənzər yazılar

Bakıda “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib – FOTO

Bakıda “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib – FOTO

09 Oktyabr 2026 - 11:49

Bakıda İsveçrə və Azərbaycan musiqiçiləri və Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib....

Məleykə Əsədovanın 29 yaşlı bacısı qızı vəfat etdi

Məleykə Əsədovanın 29 yaşlı bacısı qızı vəfat etdi

08 Oktyabr 2026 - 17:45

Xalq artisti Məleykə Əsədovanın 29 yaşlı bacısı qızı Mina dünyasını dəyişib. Elchi.az xəbər verir ki, bu barədə şairə Nazilə Səfərli...

AZƏRBAYCANLI YAZAR EMİL NƏSİRLİ GÜRCÜSTAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ SEÇİLİB

AZƏRBAYCANLI YAZAR EMİL NƏSİRLİ GÜRCÜSTAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ SEÇİLİB

06 Oktyabr 2026 - 16:51

Azərbaycanlı şair-jurnalist, publisist, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli Gürcüstan Yazıçılar Birliyinin (GYB) üzvü seçilib. Tbilisi şəhərində Gürcüstan Yazıçılar Birliyinin...

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52

Azərbaycanın “Avroviziya 2027” mahnı müsabiqəsində iştirakı ilə bağlı qərar verilib. Elchi.az Axşam.az-a istinadla xəbər verir ki, ölkəmiz gələn il də...

Next Post
Bazum ABŞ-dan kömək istədi

Bazum ABŞ-dan kömək istədi

Bazum ABŞ-dan kömək istədi

Bazum ABŞ-dan kömək istədi

Son xəbərlər

9 AYDA 6,3 MİLYON TON YÜK:BAKI LİMANINDA YÜKDAŞIMALARIN HƏCMİ ARTIR

14 Oktyabr 2026 - 12:32
Mirzoyan: Azərbaycanla sülh var, Türkiyə ilə sərhəd açıla bilər

Mirzoyan: Azərbaycanla sülh var, Türkiyə ilə sərhəd açıla bilər

14 Oktyabr 2026 - 12:29
Mərkəzi Bank tərəfindən ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edilib

Mərkəzi Bank tərəfindən ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edilib

14 Oktyabr 2026 - 12:17
Ukrayna: Rusiya Kiyevdəki 4 saylı istilik elektrik stansiyasına hücum edib

Ukrayna: Rusiya Kiyevdəki 4 saylı istilik elektrik stansiyasına hücum edib

14 Oktyabr 2026 - 12:10
Azərbaycan millisi Çexiya yığması ilə qarşılaşacaq

Azərbaycan millisi Çexiya yığması ilə qarşılaşacaq

14 Oktyabr 2026 - 11:58
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

14 Oktyabr 2026 - 11:46
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda partlayış səsləri eşidilib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda partlayış səsləri eşidilib

14 Oktyabr 2026 - 11:34
ABŞ-ın Hörmüz boğazı ilə bağlı bəyanatı

ABŞ-ın Hörmüz boğazı ilə bağlı bəyanatı

14 Oktyabr 2026 - 11:27
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub

14 Oktyabr 2026 - 11:19
Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir

Dövlət başçısı: 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib

14 Oktyabr 2026 - 11:12
Tramp: İrana ağır zərbə endirəcəyik

Tramp: İrana ağır zərbə endirəcəyik

14 Oktyabr 2026 - 11:05
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə bərpa və yenidənqurmaya dövlət büdcəsindən indiyədək 25.5 milyard manat ayrılıb

14 Oktyabr 2026 - 10:56
Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir

Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir

14 Oktyabr 2026 - 10:49
Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

14 Oktyabr 2026 - 10:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Prezident “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14 Oktyabr 2026 - 10:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.