Venesuela prezidenti Nikolas Maduro ABŞ-da onun mühakiməsinin prosessual pozuntulara görə dayandırılmasını tələb edib.
Elchi.az xəbər verir ki, Maduronun vəkili vəsatətində ədalətli məhkəmə araşdırması hüququnu təmin edən ABŞ Konstitusiyasına 6-cı düzəlişin və qanuni prosesin pozulmasına işarə edir.
O, həmçinin iddia edir ki, Venesuela hakimiyyəti Maduronun müdafiəsi üçün pul ödəməyə mane olur.
Məhkəmə bu vəsatət bildirişini rədd edərsə, vəkil [müttəhimin] maraqlarını təmsil etməkdən imtina etmək niyyətindədir.
Nikolas Maduro ilə bağlı yeni məhkəmə iclası maddi-texniki problemlərə görə martın 17-dən 26-na təxirə salınıb.
Yeganə





















