Xorvatiyada təlim uçuşu zamanı Macarıstan Hərbi Hava Qüvvələrinə məxsus helikopter 3 hərbçi ilə qəzaya uğrayıb. Elchi.az xəbər verir ki, bu barədə Macarıstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Xilasedicilər artıq iki əsgərin cəsədini və helikopterin qalıqlarını tapıblar. Milli Müdafiə Nazirliyi dərhal ailələri xəbərdar edib.
Qeyd edək ki, bundan əvvəl Suriyada helikopterin qəzaya uğraması nəticəsində 22 ABŞ əsgəri yaralanıb.
Havar Şəfiyeva