Avropa İttifaqında Macarıstanın gələn il AB-yə sədrlik edəcəyi qanunun aliliyi və Aİ dəyərlərinə uyğunluqla bağlı narahatlıqlar səbəbilə təxirə salınacağı müzakirə edilir.
Elchi.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Vera Jourova Ümumi Məsələlər Şurasının iclasından sonra mətbuata açıqlama verib.
Jourova bildirib ki, Aİ ölkələrinin Avropa işlərinə cavabdeh nazirlərinin görüşündə əsas gündəm Polşa və Macarıstanda qanunun aliliyi və Aİ dəyərlərinə hörmətdir.
Polşada qanunun aliliyi və məhkəmə sisteminin müstəqilliyi ilə bağlı vəziyyətin hələ də ciddi narahatlıq doğurduğunu vurğulayan Jourova Macarıstanla bağlı bəzi islahatlar nəticəsində müəyyən müsbət dəyişikliklərin görüldüyünü, lakin bu kimi məsələlərdə irəliləyiş müşahidə olunmadığını bildirib.
Jurnalistlərin 2024-cü ilin iyul ayından etibarən Macarıstanın Aİ Şurasına sədrlik müddətinin təxirə salınması ilə bağlı qanun layihəsinin Avropa Parlamentində (AP) səsə qoyulub-saxlanmayacağı və bu ehtimalın iclasda müzakirə edilib-edilməməsi ilə bağlı sualına Jourova deyib. “Biz bunu Komissiyada müzakirə etməmişik. Biz razılaşmalara uyğun hərəkət edəcəyik”.
Jurnalist ona Komissiyanın bunu təklif etmək hüququna malik olduğunu xatırlatdıqdan sonra “Biz bunu hələ müzakirə etməmişik”,-deyə bildirib.
Nuranə Məmmədova