Macarıstanın dövlət naziri Gergely Gulyas, macar fermerlər üzərində bazar təzyiqini azaltmaq üçün bal, taxıl və bəzi ət məhsullarının Ukraynadan müvəqqəti olaraq qadağan edilən ərzaq məhsulları siyahısına əlavə ediləcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki,Macarıstanın dövlət naziri Gergely Gulyas mediaya bildirib ki, Macarıstan hökuməti 25 Ukrayna məhsulunun, o cümlədən taxıl, yağlı bitkilər, un və zeytun yağı, həmçinin bal və ət idxalına qadağa qoyub.
Gergely Gulyas bu ölkədən çıxan və Macarıstan üzərindən müxtəlif bazarlara daşınan məhsulların da təqib ediləcəyini bildirib.
Macarıstan bazarında Ukrayna məhsullarının bolluğu səbəbindən bu ölkənin fermerlərinin rəqabət qabiliyyətini qorumaq imkanının olmadığını vurğulayan Gulyas qeyd edib ki, tənzimləmə ilə bal, taxıl və bəzi ət məhsullarının idxalı müvəqqəti olaraq qadağan olunacaq.
Nuranə Məmmədova