Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanoş Bok “Financial Times” qəzetinin təşkilatın Budapeştə təzyiq etmək planları ilə bağlı nəşrini şərh edib. Elchi.az xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində yazıb.
Boka Aİ-nın Ukraynaya yardım ayrılması ilə bağlı təhdidlərinə sərt cavab verib və Macarıstanın blokun şantajına boyun əyməyəcəyini vurğulayıb.
“Bu məlumat Macarıstan hökumətinin uzun müddətdir dediklərini təsdiqləyir: Brüssel Aİ fondlarından siyasi təzyiq göstərmək üçün istifadə edir”, – deyə o bildirib.
Nazir əlavə edib ki, Macarıstan “Ukraynaya dəstəyi Aİ fondlarına çıxışla əlaqələndirmir və başqalarına bunu etməyə icazə vermir”. Onun sözlərinə görə, Budapeşt danışıqların iştirakçısı statusunu saxlayacaq, lakin şantajlara cavab verməyəcək.
Havar Şəfiyeva