İsrail BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin əməkdaşlarını Fələstinin radikal HƏMAS hərəkatına yardım etməkdə ittiham edib. Elchi.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.
Nəşrin məlumatına görə, İsrail hökuməti ABŞ hakimiyyətinə UNRWA əməkdaşlarının adları və vəzifələri, eləcə də onlara qarşı irəli sürülən ittihamların sadalandığı dosye təqdim edib. BMT-nin 10 işçisi İsrail əsgərlərinin qaçırılmasında və HƏMAS-a sursatların çatdırılmasında şərik olmaqda ittiham olunur.
Anonimlik şərti ilə danışan iki Qərb rəsmisi son günlərdə dosyenin məzmunu ilə bağlı məlumatlandırıldıqlarını, lakin təfərrüatları yoxlaya bilmədiklərini təsdiqləyiblər. Bununla belə, bir sıra ölkələr, o cümlədən ABŞ agentliyin maliyyələşdirilməsini dayandırdığını artıq elan edib.
Havar Şəfiyeva