Məşhur rusiyalı səyahət bloggeri və səyahətçisi İlya Bondarev Meksikada baş verən qəzadan sonra reanimasiyada yerləşdirib. Elchi.az xəbər verir ki, bu barədə “Baza” “Telegram” kanalında məlumat verilib.
Mənbə dəqiqləşdirir ki, qəza San-Kristobal de las-Kasas şəhərində baş verib. Bloqqer və onun sevgilisi Karina Başarovanın olduğu avtomobil yolun kənarında dayanıb və yük maşını sürətlə çırpılıb.
Avtomobilin hər iki sərnişini reanimasiya şöbəsinə yerləşdirilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.
Havar Şəfiyeva